Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

11
(Yenilənib 12:17 19.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 19 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,1 dollar artaraq 69,26 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 68,15 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,61 dollar ucuzlaşaraq 64,88 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Eləcə də oxuyun:

* Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verilib

Dövlət Neft Fondu valyuta satışlarını azaldıb

* ABŞ-dan OPEC-ə qarşı sərt addım - Neft bazarını nə gözləyir?

 

11
Teqlər:
"AzeriLight" markalı neft, qiymət artımı, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (89)

Ekspert Rusiyanın niyə dollardan imtina edə bilməyəcəyini izah edib

8
(Yenilənib 11:26 19.06.2021)
Mütəxəssisin fikrincə, dollardan tam imtina edə bilmək üçün ixracda neft əsas rollardan birini oynamamalıdır.

BAKI, 19 iyun - Sputnik. Rusiya tam olaraq ticari sövdələşmələrdə və qızıl-valyuta ehtiyatlarında dollardan imtina edə bilməz, çünki ixrac məhsullarından biri olan neft məhz bu valyutada kotirovka olunur. Bunu RİA Novosti ilə söhbətində Rusiyanın Analitik kredit reytinq agentliyinin rəhbəri Mixail Suxov deyib.

"ABŞ dollarının payının azalması qızıl-valyuta ehtiyatlarının ümumlikdə rezidentlərin öz ticari tərəfdaşları ilə hesablaşmalarla bağlı valyuta əməliyyatlarını əks etdirməsi baxımından düzgndür. ABŞ-ın Rusiya ilə ticarətdə ticari tərəfdaş kimi payı böyük deyil - 2018-ci ildə bütün ixracdan 3,2%", - Suxov qeyd edib.

Rusiyanın valyuta siyasətindəki dəyişikliklər

Rusiya Bankı 2020-ci ildə ölkənin beynəlxalq ehtiyatlarında avronun (29,2%), dolların (21,2%) və funt sterlinqin (6,3%) payını qızılın (23,3%), yuanın (12,8%) və digər valyutaların xeyrinə azaldıb. Dollardan kənarlaşma yalnız ehtiyatlarda deyil, ticarətdə də baş verir: dolların payı Rusiya ixracına görə hesablaşmalarda ötən ilin nəticələrinə əsasən tarixi minimuma düşüb - 55,8%, dördüncü rübün nəticələrində isə daha aşağıdır – 48,3%.

8

Fuad Sadıqov: “Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər”

4
(Yenilənib 17:27 18.06.2021)
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyir ki, ilkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir
Fuad Sadıqov: “Bu fermerlərə də sığorta xidmətləri göstərilə biləcək”

“Ölkəmizə idxal və ixrac olunan bütün bütün bitkilərin sığortalanması həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atv-yə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, artıq ətlik iri buynuzlu heyvanlar, həmçinin xırda buynuzlu heyvanların və arıçılıqla məşğul olan fermərlərə sığorta xidmətləri göstərilə biləcək: “İlkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir. Misal olaraq deyim ki, biz hər zaman fermerlərimizin quraqlıqdan əziyyət çəkdiyini eşidirik. Lakin elə təsrrüfatlar var ki, izafi yağıntılardan əziyyət çəkir. Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər. Artıq bununla bağlı təminatları da layihəyə daxil etmişik”.

Fuad Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

0
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

 

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

0