Qarğıdalı tarlası, arxiv şəkli

Fermerlərə şad xəbər: Azərbaycanda ilk dəfə orqanik gübrə istehsalına başlanılıb

20
(Yenilənib 11:32 15.05.2021)
Sənaye Məhəlləsində istehsal olunan məhsulların Ələt terminalı vasitəsilə Xəzər dənizinə çıxarılaraq qonşu ölkələrə satılması da planlaşdırılır.

BAKI, 15 may - Sputnik. Hacıqabul rayonunda yerləşən Sənaye Məhəlləsində fəaliyyətə başlayan orqanik gübrələr müəssisəsində 42 növdə gübrə istehsal olunacaq.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrələrin istehsalına başlanılıb.

AZAGROMİLA şirkətinin direktoru Ramazan Karaşahinin sözlərinə görə, orqanik gübrə istehsalı Azərbaycanda bir ilkdir. Burada istehsal olunan gübrələr tərkibinə görə seçilir və əsasən orqanik və mineral xammallardan hazırlanır.

"Orqanamineral gübrələrin hazırlanması üçün 112 növ müxtəlif təbii xammaldan istifadə edilir. Müəssisə fəaliyyətə başladığı vaxtdan 30 növ müxtəlif çeşiddə orqanik gübrələr istehsal edilib. Əvvəllər belə tərkibli gübrələr ölkəyə xaricdən gətirilirdi. Lakin istehsal olunacaq gübrələr hesabına bu təminat ödənildiyi üçün idxaldan asılılıq aradan qalxacaq", - Karaşahin deyib. 

Sənaye Məhəlləsində istehsal olunan məhsulların Ələt terminalı vasitəsilə Xəzər dənizinə çıxarılaraq qonşu ölkələrə satılması da planlaşdırılır. Artıq bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar da aparılıb. Müəssisə il ərzində 9 min ton istehsal gücünə malikdir. Hacıqabul Sənaye Məhəlləsində müəssisə üçün 1800 kvadratmetrlik bina ayrılıb.

Müəssisə hesabına daimi iş yerlərinin də açılmasına şərait yaradılıb. Artıq 30 nəfər işlə təmin olunub. Gələcəkdə müəssisənin fəaliyyət dairəsi genişləndikcə işçi sayının da artırılması nəzərdə tutulur. Müəssisədə istehsal fəaliyyətinin həyata keçirilməsi üçün müasir standartlara uyğun cihazlar quraşdırılıb. Gübrələr minimum 1 kq-dan başlayaraq 20 kq-dək qablaşdırılır.

20
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının investiya naziri Xalid bin Əbdüləziz Əl-Falih görüş zamanı

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

646
(Yenilənib 11:23 24.06.2021)
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qonaqları səmimi salamlayan səudiyyəli nazir ölkəmizə səfərlərini və dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Qarabağa dəvət

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsində münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Enerji sahəsində əməkdaşlıq

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş, hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Eləcə də oxuyun: 

646
Teqlər:
işğaldan azad edilmiş ərazilər, əməkdaşlıq, enerji, iqtisadiyyat, Səudiyyə Ərəbistanı, Azərbaycan
Tovuzda kartofun yığımı

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb

20
(Yenilənib 19:06 23.06.2021)
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq

 

BAKI, 23 iyun — Sputnik. Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: "Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər".

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

20
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Sexdə partlayış olub, işçi dünyasını dəyişib - FOTO

0
Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan kişinin bədəni bir neçə yerə bölünüb.

BAKI, 24 iyun — Sputnik. Qaxda mineral su sexində partlayış olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Süskənd yaşayış məntəqəsində yerləşən “İlham” firmasında baş verib.

  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
1 / 2
© Sputnik / Ibrahim Hashimov
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanovun bədəni bir neçə yerə bölünüb.

Ruzigar Verdiyeva isə güclü şok vəziyyətində xəsətəxanaya yerləşdirilib. Hazırda onun müayinə və müalicəsi davam etdirilir. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

  • Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

  • Balakəndə polis əməkdaşı xidməti silahla özünü niyə vurub?

  • Bakıda çoxmərtəbəli yaşayış binasında qorxulu anlar yaşanıb

  • Şabranda güclü yanğın - insanlar təxliyə edilirlər

0
Teqlər:
xəstəxana, ölüm, partlayış, Qax