Neft buruğu, arxiv şəkli

Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?

1434
(Yenilənib 00:42 02.05.2021)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Qazaxıstan mayın 9-dan etibarən bir sıra neft məhsullarının (benzin, dizel və s.) ixracına altı aylıq məhdudiyyət qoyacaq. Bu, daxili bazarda neft məhsulları qıtlığının olmaması üçün edilir. Rusiya da bir sıra neft məhsullarının ixracına müvəqqəti qadağa qoymaq niyyətindədir və hazırda bu məsələ hökumətdə müzakirə olunur.

Bəs Qazaxıstan və Rusiyadan Azərbaycana neft məhsulları gətirilirmi? Bu cür məhdudiyyətlərin Azərbaycana təsiri olacaqmı, o cümlədən qiymətlərə?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda əsas istifadə olunan yanacaq növləri, eləcə də neft məhsulları ölkə daxilində istehsal olunur və bu baxımdan ölkənin enerji təhlükəsizliyi təmin olunub: "SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) Cənubi Qafqazın yeganə neftayırma müəssisədir və ilk növbədə ölkənin tələbatını təmin edir, izafi qalan məhsul isə ixrac olunur".

İbrahim Əhmədov bildirib ki, Rusiya və bəzi başqa ölkələrdən Azərbaycana nisbətən kiçik həcmdə yüksək oktanlı benzin idxal edilir:

"Həmçinin, adətən ildə bir dəfə SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu dövri təmirə dayananda müvəqqəti Ai-92 benzininin idxalına da ehtiyac yaranır. Lakin bu cür hallarda Azərbaycan benzini müxtəlif ölkələrdən idxal edə bilir, yəni bir mənbədən asılılığımız yoxdur. Keçmişdə biz, məsələn, Rusiya ilə yanaşı, müxtəlif Avropa ölkələrindən də yanacağı müvəqqəti idxal etmişik. Ümumilikdə isə yanacağa olan tələbat, dediyim kimi, əsasən daxili istehsal hesabına təmin olunur".

"Əgər Qazaxıstan və Rusiya belə bir addım atsa, bunun bizə, çox güman ki, ciddi bir təsiri olmaz", -deyə o qeyd edib.

1434
Teqlər:
SOCAR, idxal, benzin, Azərbaycan, qadağa, ixrac, məhsul, neft, Qazaxıstan, Rusiya
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

9
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

11
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

0
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

0