Neft buruğu, arxiv şəkli

Ehtiyatlar tükənib: Neftin gələcəyi ilə bağlı real proqnozlar

830
(Yenilənib 18:28 30.04.2021)
Citigroup ekspertləri isə hesab edirlər ki, tələbat artmaqda davam etdikcə xammalın ehtiyatları sutkada 2,2 milyon barel azalmaqda davam edəcək. Nəticədə Brent markalı neftin cari ildə qiyməti 74 dollar və daha artıq olacaq.

BAKI, 30 aprel — Sputnik, Natalya Dembinskaya. Cari ilin yanvarından etibarən neftin qiyməti 30% artaraq böhrandan əvvəlki səviyyəyə çatıb. İqtisadiyyat dirçəlməyə başlayıb, məhdudiyyətlər aradan qaldırılır, dünyada kütləvi pyvəndləmə davam edir – enerji daşıyıcılarına tələbat kotirovka qiymətlərinin yüksəlməsinə gətirib. İlin sonuna qədər Brent markalı neftin qiyməti ən azı daha 10% arta bilər. Əgər pandemiyanın tüğyan etdiyi dövrdə treyderləri ağzına qədər dolu anbarlar narahat edirdisə, hazırda vəziyyət tamamilə başqadır. Karbohidrogenlər bazarında hadisələrin necə cərəyan etməsi barədə RİA Novosti-nin materialında.

Böhrana qədərki səviyyə

2020-ci ildə neft sahəsi bir neçə dəfə enmə dalğası yaşayıb. Buna bir sıra amillər kompleksi səbəb olub. Həmin amillərdən əsasları tələbatın kəskin azalması şəraitində istehsalın həddən artıq yüksək olması və pandemiya ilə əlaqədar lokdaundur. Ötən ilin mart ayında neftin qiyməti iki dəfədən artıq ucuzlaşaraq bir barel üçün 30 dollara qədər düşüb.

Lakin payızın sonlarında Qərb peyvəndlərinin uğurla sınaqdan çıxarılması və ABŞ-da keçirilən prezident seçkilərində Co Baydenin qələbəsi bazarda qimətlərin artımına səbəb olub. Yanvar ayında son səkkiz ayda maksimum həddə çatıb və bu artım OPEC ölkələrinin növbəti qərarları və teft hasilatının məhdudlaşdırılması fonunda baş verib. Beləliklə, fevral ayında Brent markalı neftin bir barelinin qiyməti 65 dollara – böhrandan əvvəlki səviyyəyə çatıb.

Mart ayında isə "qara qızıl"ın qiyməti 61 dollara düşüb – Avropada koronavirusun üçüncü dalğası və lokdaun elan olunub. Lakin bu ümumi trendin qarşısını almayıb – Avropadakı mədudiyyətlər geridə qaldıqdan sonra kotirovkalar yenidən yuxarı üz tutub.

Tələbat artır

Geniş vüsət almaqda olan peyvəndləmə öz işini gördü. Bir sıra ölkələrdə koronavirus ocaqları olmasına rəğmən neftə tələbata dair proqnozlar xeyli yaxşılaşıb. Dünya iqtisadiyyatı getdikcə bərpa olunur.

Belə ki, mart ayında Beynəlxalq Energetika Agentliyi cari ildə tələbatın sutkada 96,5 milyon barelə çatacağını və pandemiya ilə əlaqədar ötən ilki itkilərin 60%-nin əvəzinin ödəniləcəyini proqnozlaşdırıb.

Bundan əlavə, ABŞ-da neft hasilatının kəskin azalması və OPEC-lə müqavilə çərçivəsində Səudiyyə Ərəbistanının könüllü məhdudiyyətlərdən sonra qlobal neft daşınmaları gündə 2 milyon barelə qədər azaldı. Belə ki, aprel ayında kartel hasilatı 7,9 milyon barel, may ayında - 7,3 milyon, iyunda 6,6 milyon, iyulda isə 5,76 milyon barel azaldacaq. Bütün bunlar xam neftin qiymətini artırır.

Ehtiyatlar tükənib

Daha bir amil: məlum olub ki, pandemiya dövründə yığılıb qalmış ehtiyatlar demək olar ki tükənib. Belə ki, inkişaf etmiş ölkələrin neft saxlanclarında "pandemiyadan qalmış artıqlar"ın cəmi 20%-i qalıb. Belə ki,əgər ötən ilin iyulunda anbarlarda 249 milyon barel "qara qızıl" var idisə, hazırda BEA-nın məlumatına görə cəmi 57 milyon barel neft qalıb.

Bunun özü də OPEC+ müqaviləsi iştirakıları tərəfindən hasilatın azaldılmasının nəticəsidirr. BEA qeyd edir ki, "pandemiyadan qalmış artıqlar"ın demək olar ki hamısı Çində cəmləşib. Məsələn, ABŞ-da isə qalan ehtiyatların həcmi bəhrandan əvvəlki səviyyədə, yəni cəmi 1,28 milyard bareldir. Tankerlərdə olan ehtiyatlar da azalmaqda davam edir. IHS Markit analitiklərinin qənaətinə görə, son iki həftə ərzində bu göstərici 27% azalaraq 50,7 milyon barelə düşüb.

Neft superdövrü

Hələ fevral qyında JP Morgan analitikləri yeni neft superdövrünün başlanmasını sezmişdilər. Belə ki, ən ri investisiya banklarından birinin iqtisadçıları aşağıdakı əlamətləri qeyd edirdilər: kənd təsərrüfatı malları, metalların qiyətində artım və neftin qiymətinin 50 dolları keçməsi.

Son 100il ərzində əmtəə-xammal bazarında bu cür dörd superdövr olub. Sonuncu belə dövr 1996-cı ildə başlanıb və onun ən yüksək zirvəsi 2008 ci ildə olub. Buna dünyanın əsas neft idtehlakçısı olan Çinin iqtisadi inkişafı olub.

Hazırkı yüksəlişin səbəbi isə pandemiyadan sonrakı dirçəliş, həddən artıq yumşaq pul-kredit və büdcə siyasəti (minimal faiz drəcələri, müxtəlif ölkələrin mərkəzi banklarının büdcə stimullaşdırması tədbirləri), dolların əzifləməsi, inflyasiyanın artımı və ekoloji tədbirlərdir.

Eyni zamanda vəziyyət 2000-ci illərdəki ilə oxşardır: xammal bazarlarında kotirovkalar uzun illərin maksimum həddindədir. Məsələn, Çin böyük həcmdə qarğıdalı və soya aldıqdan sonra ABŞ-da kənd təsərrüfatı bitkilərinin qiyməti rekord həddə çatıb. Qlobal ehtiyatların azalması isə defisit qorxusu yaradır.

Neftə gəldikdə isə, JP Morgan ekspertləri hesab edir ki, hazırda "qara qızıl" pandemiya dərinliklərindən inamla çıxır, belə ki, təklif tədricən azalır". Əmtəə bazarında qiymət artımını Goldman Sachs Group, Bank of America, Ospraie Management ekspertləri də gözləyir.

Məsələn, Goldman Sachs cari ilin dördüncü rübündə Brentin bir barelinin 65 dollar olacağını proqnozlaşdırırdı. Halbuki artıq 67 dollardır. Ona görə də, hazırkı proqnozlar, neft artıqlarının tükənməsini də nəzərə alsaq, daha real görünür. Citigroup ekspertləri isə hesab edirlər ki, tələbat artmaqda davam etdikcə xammalın ehtiyatları sutkada 2,2 milyon barel azalmaqda davam edəcək. Nəticədə Brent markalı neftin cari ildə qiyməti 74 dollar və daha artıq olacaq.

830
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

9
(Yenilənib 14:32 18.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 18 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 69,16 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 69,79 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 66,59 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Pul qabı, arxiv şəkli

Azərbaycanda orta aylıq əməkhaqqı azalıb

3
(Yenilənib 13:05 18.05.2021)
Aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2 faiz artaraq 1679,7 min nəfər olub.

BAKI, 17 may — Sputnik. 2021-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2,0 faiz artaraq 1679,7 min nəfər olub. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

3

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

36
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

36