Prezident İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edi

İlham Əliyev "Boeing Commercial Airplanes" Şirkətinin prezidentini qəbul edib

13
(Yenilənib 12:50 28.04.2021)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də "Boeing Commercial Airplanes" Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də "Boeing Commercial Airplanes" Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Stenli Dil dedi: "Boeing" şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.

Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.

Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.

Prezident İlham Əliyev Azərbaycanın "Boeing" şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışdı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğu dedi və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğuladı.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd etdi.

Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.

Stenli Dil: Bəli, bu, çox vacibdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.

Stenli Dil: Elədir ki, var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.

Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.

13
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

9
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

11
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

0
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

0