Pulun sayması, arxiv şəkli

NK büdcədən maliyyələşən müəssisələrdə işləyən məcburi köçkünlərlə bağlı qərarını dəyişdi

40
(Yenilənib 18:54 26.04.2021)
Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.

BAKI, 26 aprel - Sputnik. Nazirlər Kabineti Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin dəyişikliklə bağlı verdiyi izahda qeyd olunub.

İzahda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən, aidiyyəti orqanlarla razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.

Ləğv edilən Qeyddə bu müddəalar öz əksini tapmışdı: “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”.

40
Maliyyə Nazirliyinin binası, arxiv şəkli

Maliyyə Nazirliyi müraciət yayıb

7
(Yenilənib 12:28 09.05.2021)
Azərbaycan Respublikası Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət ünvanlatıb.

BAKI, 9 may — Sputnik. Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, eləcə də büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

"Dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər "Mühasibat uçotu haqqında" qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və yaxud mətbu orqanda dərc olunması tələb olunur.

Qanunun 12-1.9-cu maddəsinin tələblərinə əsasən, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnaməsində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, ölkə prezidentinin yaratdığı publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və yaxud mətbu orqanda dərc etdirməsi tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir".

7
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

15
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

15
Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

0
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

0