Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkənin on yeddi rayonu "ağ qızıl"dan qazanmaq niyyətindədir

© AP Photo / Wong Maye-EДом на фоне хлопкового поля, фото из архива
Дом на фоне хлопкового поля, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda yazlıq əkinlər davam edir. Bugünədək pambıq əkini ilə bağlı 63684 hektar sahədə çiyid səpini həyata keçirilib. Artıq sahələrin 4157 hektarında çıxış alınıb. Çiyid səpininin optimal müddətdə başa çatacağı gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır.

Yevlaxda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Azərbaycanda pambıqçılığa nüvə texnologiyası tətbiq ediləcək

Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 manat əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi mayın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.

Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, ötən il Azərbaycanda sahələrdən 336,5 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 2019-cu ildə 29,5 sentner, 2020-ci ildə 33,6 sentner təşkil edib. Bu, Azərbaycan pambıqçılıq tarixində qeydə alınmış ən yüksək orta məhsuldarlıq göstəricisilərindən biridir.

 

Xəbər lenti
0