Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezident İlham Əliyev Bakıda iki yarımstansiyanın açılışını edib - FOTO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
45 il əvvəl tikilən "Hövsan" yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya "Şimal" Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq "Hövsan" yarımstansiyasının açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısına yenidən qurulan "Hövsan" yarımstansiyası barədə məlumat verilib.

Bildirilib ki, 45 il əvvəl tikilən "Hövsan" yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya "Şimal" Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, "Abşeron", "Böyükşor", "Suraxanı", "Ramana", "Əhmədli", "Qala", "Zığ" yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.

Prezident İlham Əliyev "Hövsan" yarımstansiyasını işə salıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında - Sputnik Azərbaycan
1/3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında - Sputnik Azərbaycan
2/3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Dövlət başçısına yenidənqurulan 110/35/6 kilovoltluq "Maştağa" yarımstansiyası barədə də məlumat verildi. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə "Maştağa" yarımstansiyasını da işə salıb.

Xəbər lenti
0