Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft ucuzlaşıb

© REUTERS / Brendan McDermidНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 64,95 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,46 dollar və ya 3,94% çoxdur.

BAKI, 19 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,13 dollar geriləyərək 66,64 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 63,06 dollar olub.

Qeyd edək ki, ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 64,95 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,46 dollar və ya 3,94% çoxdur.

Xatırladaq ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0