CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Heç kəs onlara deyə bilməz ki, müştəriyə güzəşt et" - Problemli kreditlərlə nə edək?

© AFP 2023 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
"Bəzi sahələr üzrə kreditlərə yenidən baxılmasına ehtiyac var. Məsələn, turizm sahəsində verilən kreditlərə yenidən baxıla bilər. Beynəlxalq ekspertlərin fikrincə, pandemiya ən çox turizm sahəsinə təsir edib".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində Azərbaycandakı banklar tərəfindən 1,2 mlrd. manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub və bu proses hazırda da davam edir. Restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%-i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb. 2020-ci ildə bank sektorunun maliyyə vasitəçiliyinin genişləndirilməsi və kredit əlçatanlığının artırılması istiqamətində də tədbirlər davam etdirilib. Bu barədə Mərkəzi Bankın hesabatında deyilib.

Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.03.2021
ELM
Azərbaycanda "Təhsil-Tələbə Krediti Fondu" yaradılır

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, ötən ilin aprelində Mərkəzi Bank pandemiya ilə bağlı banklara tövsiyə xarakterli məktub göndərib: "Banklara tövsiyə edilib ki, kreditlər üzrə gecikməni gecikmə kimi saymayın və cərimə hesablamayın. Bu, tövsiyə oktyabrın 1-dək verilmişdi və sonra ilin sonunadək uzadıldı. Lakin bu il tövsiyənin müddəti uzadılmadı. Bu il artıq banklar müştərilərə cərimə hesablayır, kredit üzrə gecikməni gecikmə kimi sayır, onları məhkəməyə verirlər. Düzdür, keçən il də banklar əksər hallarda bu tövsiyəni nəzərə almırdılar, yəni müştərilərdən borcun ödənilməsini tələb edirdilər, məhkəməyə də verirdilər. Mərkəzi Bank buna qarşı heç bir tədbir görə bilmirdi və qanuna görə tədbir görə də bilməz".

O bildirib ki, banklar özəl qurumlardır və heç kəs onlara deyə bilməz ki, müştəriyə güzəşt et: "Yalnız dövlət banklara bunu kompensasiya edə bilər. Necə ki, 2019-cu ilin fevral ayında dollar kreditləri ilə bağlı dövlət bunu kompensasiya etdi. Mərkəzi Bank kreditlər ilə bağlı banklara tövsiyə edə bilər. Bankların da bu tövsiyəyə əməl edib-etməyəcəyi öz işləridir. Ötən il göstərdi ki, banklar bu tövsiyəyə bir çox hallarda riayət etmirlər".

"Hazırda banklar problemli borclar üzrə tədbirlər görürlər. Son dövrdə sərt karantin rejimi yoxdur, iş yerləri bağlanmayıb, iqtisadi fəaliyyət aktivləşib və bankların da fəallığı artıb. Azərbaycanda problemli kreditlər artıb, sadəcə gözlənildiyindən az artıb. Bu, təkcə bizdə deyil, pandemiya dövründə bütün dünyada problemli kreditlərdə artım müşahidə edilir", - deyə ekspert əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, bu il ölkəmizdə bankların aktivləri 2 faiz, əhalinin depozitləri isə 4 faizdən çox artıb:

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.01.2021
İQTİSADİYYAT
Mikayıl Cabbarov kreditlər haqda - Sahibkarların krediti asan əldə etməsi üçün...
 "Bu il göstəricilər müsbətdir. Hətta "Moody International" beynəlxalq reytinq agentliyi bu il üçün Azərbaycanda problemli kreditlərin həcminin 10,3 faizdən 10 faizədək düşəcəyini proqnozlaşdırıb. Ümumilikdə bank sektorunda artım var. Mərkəzi Bankın tövsiyəsinə bankların əməl etməsi sosial baxımdan əhali üçün, digər tərəfdən investisiya mühitinin yaxşılaşdırılması üçün yaxşı idi. Bu tövsiyə bankların özü üçün də xeyirli olub. Lakin bəzi sahələr üzrə kreditlərə yenidən baxılmasına ehtiyac var. Məsələn, turizm sahəsində verilən kreditlərə yenidən baxıla bilər. Beynəlxalq ekspertlərin fikrincə, pandemiya ən çox turizm sahəsinə təsir edib".

Onu da qeyd edək ki, Mərkəzi Bank pandemiya ilə əlaqədar banklara edilən güzəştlərin müddətini uzadıb. Bunun üçün Mərkəzi Bank yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydasına dəyişiklər edib. Bu qayda 2020-ci ilin aprelin 24-də qəbul edilib.

Xəbər lenti
0