Market

Bahalaşan ərzaq qeyri-ərzaq məhsulları açıqlandı

26
(Yenilənib 15:54 16.04.2021)
Üç ay ərzində istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

26
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

3
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

5
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə

Ey qızıl lalələr, qızıl lalələr video

0
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

0