Şamaxı Astrofizika Rəsədxanası

Ukraynalılara Azərbaycandan çağırış - VİDEO

38
(Yenilənib 12:56 16.04.2021)
Ukraynalı investorlara çağırışda bildirilir ki, Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən sayılan Şamaxı bu gün öz mədəni dirçəliş dövrünü yaşayır.

BAKI, 16 aprel — Sputnik. Şamaxıya yeni investorların, həmçinin bu gün gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərində olduğumuz Ukrayna investorlarının cəlbi məqsədilə qarşıdakı dövrdə də perspektivli layihələr planlaşdırılır. Bu barədə Şamaxıda yerləşən Ukraynanın Fəxri konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

"Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən sayılan Şamaxı bu gün öz mədəni dirçəliş dövrünü yaşayır. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Bununla yanaşı, Şamaxı digər sahələrdə də öz iqtisadi dinamikliyini aktiv saxlayır. Rayonun üzümçülük və şərabçılıq sahəsində əlverişli mühiti ölkənin turizm potensialına da xüsusi dəstək verir. Hazırda da bununla bağlı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair proqramlar hazırlanır. Şamaxıya yeni investorların, həmçinin bu gün gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərində olduğumuz Ukrayna investorlarının cəlbi məqsədilə qarşıdakı dövrdə də perspektivli layihələr planlaşdırılır.

Qədim Şamaxıda görüşmək diləyi ilə #DearAzerbaijan", - deyə məlumatda bildirilir.

38
Teqlər:
Şamaxı, Azərbaycan, Ukrayna, çağırış, investorlar, iqtisadiyyat
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

6
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

11
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

0
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

0