Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın qonşularına ixrac etdiyi elektrik enerjisinin həcmi artıb

© Sputnik / Andrei Sorokin / Mediabanka keçidЛинии электропередач в Якутске
Линии электропередач в Якутске - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
İrana 8,3 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 23,1 milyon kilovat/saat, Gürcüstana isə 464,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

BAKI, 14 aprel — Sputnik. Üç ayda Azərbaycanın elektrik enerjisinin ixracı 509 milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 25,9 milyon kilovat/saat artıb. İrana 8,3 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 23,1 milyon kilovat/saat, Gürcüstana isə 464,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 32,1 milyon kilovat/saat olub. İrandan 8,2 milyon kilovat/saat, Rusiyadan 15,3 milyon kilovat/saat, Gürcüstandan isə 8,6 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

Xəbər lenti
0