Azərbaycan Mərkəzi Bankı, arxiv şəkli

MB Azərbaycandan çıxarılan milyard haqda: uçotu aparılıb

15
(Yenilənib 17:39 08.04.2021)
Nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.

BAKI, 8 aprel — Sputnik. Mərkəzi Bank kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirilməsi məqsədilə açıqlama yayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

Yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.

Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu avroda olan vəsaitlər təşkil edir. Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac etmişlər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyır.

Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.

Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.

Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb.

15
Teqlər:
Hesablama Palatası, Mərkəzi Bank, valyuta
Hərrac, arxiv şəkli

Dövlət əmlakı hərraca çıxarılır: Nazirlik vaxt təyin elədi

10
(Yenilənib 16:28 10.04.2021)
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

BAKI, 10 aprel - Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 4 may tarixində təşkil ediləcək.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərraca 62 dövlət əmlakı çıxarılacaq. Bunlardan  40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3fIBdz1, https://bit.ly/31Kztgj, https://bit.ly/3unbPmn)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

10
Teqlər:
İqtisadiyyat Nazirliyi, hərrac, əmlak, dövlət

Neft qiymətləri necə dəyişəcək - professor açıqlayır

21
(Yenilənib 01:23 09.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, qiymətlər artarsa, hasilat bir qədər də artacaq.
Elşad Məmmədov: “Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir”

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib. Belə ki “Brent” və “WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, neft bazarında qiymətlərin dəyişkənliyi gözləniləndir: “Yaxın gələcəkdə qiymətlərin 60-65 dollar civarında formalaşmasının şahidi olacağıq. Çünki qiymətlərin kəskin artımı üçün müvafiq fundamental baza yoxdur. Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir. Qiymətlər artarsa, hasilat bir qədər də artacaq. O baxımdan yaxın müddətli perspektivdə qiymətlərin artımı gözlənilmir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda