BAKI, 8 aprel — Sputnik. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı 3 illik strategiya təsdiqlənib.
ASA-dan Sputnik Azərbaycan-a bildirilib ki, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Səkkiz strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və sair kimi istiqamətlər yer alıb.
BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.
Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.
Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 13 aprel — Sputnik. İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.
Prezident qeyd edib ki, otuz ildir, Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: "Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".