İstanbula mənzərə, arxiv şəkli

Türkiyədə Azərbaycan üçün “Road Show” təşkil olunacaq

19
(Yenilənib 20:10 02.04.2021)
Ruhsar Pekcan bütün dünyanın pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın güclü iradə nümayiş etdirərək Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb.

BAKI, 2 aprel - Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə işgüzar dəyirmi masa keçirilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Mikayıl Cabbarov Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu, bu ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacağını diqqətə çatdırıb. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis edilməsi planlaşdırılan Ticarət Nümayəndəliyi də qarşılıqlı ticarətin artmasına töhfə verəcəkdir.

Bildirilib ki, Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Hazırda Azərbaycanda qardaş ölkənin 4200-dən çox şirkəti fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə də məhz qardaş Türkiyədir. Bununla belə, Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədi ilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır.

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişaf imkanları barədə fikirlərini bölüşən Mikayıl Cabbarov investisiya, sənaye, nəqliyyat-logistika, İKT, rəqəmsal ticarət, kiçik və orta sahibkarlıq, turizm və s. sahələrdə əlaqələrin inkişafı perspektivlərini qeyd edib.

İşğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, xarici investorlar üçün xüsusi təşviq proqramlarının nəzərdə tutulduğu diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu vurğulayıb.

Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan bütün dünyanın pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın güclü iradə nümayiş etdirərək Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda, investisiya yatırmaqda maraqlıdır. Türkiyənin ticarət naziri həmçinin, qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür, bu potensialın reallaşdırılması üçün birgə səylərimizi daha da artıracağıq.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıblar.

Tədbirdə eləcə də, Türkiyə Əsnaf və Sənətkarları Konfederasiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi qurumların rəhbərləri Bendevi PalandökənMəmməd Musayev imzalayıb.

19
Teqlər:
investisiya, dəyirmi masa, iqtisadiyyat, Türkiyə, Azərbaycan

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

5
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Hərrac, arxiv şəkli

Dövlət əmlakı hərraca çıxarılır: Nazirlik vaxt təyin elədi

13
(Yenilənib 16:28 10.04.2021)
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

BAKI, 10 aprel - Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 4 may tarixində təşkil ediləcək.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərraca 62 dövlət əmlakı çıxarılacaq. Bunlardan  40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3fIBdz1, https://bit.ly/31Kztgj, https://bit.ly/3unbPmn)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

13
Teqlər:
İqtisadiyyat Nazirliyi, hərrac, əmlak, dövlət
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

0
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

0