Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermer gübrəni haradan almalıdır, bazardan, yoxsa...

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidDənəvər kalium gübrəsi, arxiv şəkli
Dənəvər kalium gübrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
"Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri güzəştli gübrə satışı qaydalarından danışıb: "Fermer 16 manata bazardan 1 kisə azot gübrəsi alırsa, təchizatçı şirkətlərdən həmin qiymətə 2 kisə azot gübrəsi ala bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Bəzi fermerlər gübrə satan şirkətlərlə müqayisədə bazarda gübrənin daha ucuz olduğunu iddia edirlər. Onların fikrincə, təchizatçı şirkətlərdən gübrə alan zaman həm şəxsi vəsaitlərindən ödəniş edirlər, həm də onların "Fermer kartı"ndan pul çıxılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bu məsələyə münasibət bildirib, güzəştli gübrə satışı qaydalarından danışıb.

Telefon - Sputnik Azərbaycan, 1920, 30.03.2021
İQTİSADİYYAT
Fermerlərə SMS bildirişlər göndərilir

A.Məmmədova bildirib ki, əvvəllər fermerlər gübrə almaq üçün hər dəfə müvafiq sənədləri "Aqrolizinq" ASC-yə (indiki "Aqroservis" ASC) təqdim edirdilər: "Əgər sənədlər qaydasında idisə, fermer 70 faiz güzəştlə gübrəni alırdı. 70 faiz güşətlə gübrə satışı deyəndə, məsələn, azot gübrəsinin (ammonium-nitrat) bir kisəsi (50 kq) 26 manat 67 qəpikdir. Bunun 70 faizini (18 manat 67 qəpiyini) dövlət "Aqrolizinq"ə verirdi, yəni bu mərhələni fermer görmürdü. Fermerin ödəyəcəyi isə 30 faizdir, yəni 8 manatdır".

O qeyd edib ki, 2020-ci ildən etibarən isə fermerlərə verilən bütün subsidiyalar vahid elektron sistem üzərindən ("Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi") həyata keçirilməyə başlanıb: "Yəni bütün subsidiyalar fermerlərə "Fermer kartı" ilə verilir. Məsələn, fermerə buğda əkininə görə hər hektara 200 manat subsidiya verilir. Bu vəsait həmin fermerin "Fermer kartı"na yüklənir. Əgər fermer 5 hektar buğda əkibsə, min manat onun kartına yüklənir. 1000 manatın 25 faizi nağdlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan hissədir. Hazırda güzəştli gübrə satışının 70 faiz hissəsi "Fermer kartı"nın nağdlaşdırılmayan hissəsindən çıxarılır. 30 faizini isə fermer özü ödəyir. Başqa sözlə, gübrə alışında 70% güzəşt fermerin "Fermer kartı"nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin şəxsi vəsaiti hesabına ödənilir. Hazırda gübrə satış qaydaları belədir".

"Qeyd etdiyim kimi, 1 kisə azot gübrəsinin qiymətinin (26,7 manat) 70 faizi (18,67 manat) fermerin "Fermer kartı"nda olan subsidiya məbləğindən çıxarılır. 8 manatını isə fermer özü ödəyir. Əlavə edim ki, 2019-cu ildə də azot gübrəsi bu qiymətə satılırdı, yəni qiymət dəyişməyib", - A.Məmmədova bildirib.

Əkin sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2021
İQTİSADİYYAT
Dizelin bahalaşmasına görə fermerlərə güzəşt edildi

Bazarda satılan gübrələrin qiyməti ilə bağlı danışan A.Məmmədova deyib: "Bəzi fermerlər elə düşünürlər ki, bazarda satılan gübrə daha ucuzdur. Yəni fermer düşünür ki, "Aqroservis"dən gübrə alan zaman həm "Fermer kartı"mdan pul çıxarılır, həm də 30 faiz özüm ödəyirəm. Lakin bu, belə deyil. Onsuz da gübrə satışında kartın nağdlaşdırılmayan hissəsindən çıxarılan 18 manat 67 qəpik dövlətin fermerə verdiyi subsidiya məbləğidir. Yəni fermer 8 manata azot gübrəsini almış olur. Bazarda azot gübrəsi 15-16 manata satılır. Fermer 16 manata bazardan 1 kisə azot gübərsi alırsa, "Aqroservis" və digər gübrə təchizatçı şirkətlərdən həmin qiymətə 2 kisə azot gübrəsi ala bilər".

"Əvvəllər gübrəni yalnız "Aqrolizinq"dən almaq olurdu. Hazırda bazarda 200-ə yaxın gübrə satan şirkət var. Yəni bazar liberallaşdırılıb, rəqabət var. Fermer istədiyi şirkətdən bu qaydalarla gübrəni ala bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış "Fermer kartı"na köçürülür. Bu vəsaitin 25%-i nağlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.

"Fermer kartı"ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər.

Xəbər lenti
0