Manat, arxiv şəkli

Növbəti illərdə manatın taleyi necə olacaq

479
(Yenilənib 00:08 24.03.2021)
"Qonşu ölkələrin milli valyutaları ucuzlaşdıqca Azərbaycan daha çox idxalçı ölkəyə çevrilir. Yəni idxal etmək daha sərfəli olur. Bu da manatın məzənnəsinə əlavə təzyiq yaradır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. "Fitch Solutions" agentliyi ("Fitch" beynəlxalq reytinq agentliyinin bölməsi) 2021-2025-ci illər üçün manatın ABŞ dollarına nisbətən orta məzənnəsini 1,98 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır. Fins.az xəbər verir ki, agentlik 2021-ci il üçün manatın dollara nisbətən orta məzənnəsini 1,7 AZN - 1 dollar, 2022-ci ildə 1,75 AZN - 1 dollar, 2023-cü ildə 1,83 AZN - 1 dollar, 2024-cü ildə 1,93 AZN - 1 dollar, 2025-ci ildə 1,98 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, "Fitch Solutions" 2026-2030-cu illər üçün manatın dollara nisbətən orta məzənnəsini 2 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır. 

Qeyd edək ki, hazırda manatın dollara nisbətən məzənnəsi 1,7 AZN - 1 dollar təşkil edir və son 4 ildə dəyişməyib. 2021-ci ildə Azərbaycan hökuməti məzənnəni 1,7 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, manatın məzənnəsini proqnozlaşdırmaq bir az çətindir: "Fitch" dünyada ola biləcək trendlərin Azərbaycana təsirlərini və ölkənin xərclərini nəzərə alaraq belə proqnozla çıxış edir. Çünki bizdə inzibati qaydada tənzimlənən məzənnə rejimidir. Əvvəlki illərdə Mərkəzi Bank üzən məzənnə rejiminə keçəcəyini bəyan etsə də, amma bu, olmayıb. "Fitch" düşünür ki, yaxın 5-10 ildə Azərbaycanın xərcləri artacaq. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün milyardlarla vəsaitə ehtiyac yaranacaq".

Onun sözlərinə görə, digər tərəfdən, neftin qiymətləri ilə bağlı proqnozlar ürəkaçan deyil: "Yaxın 10 ildə neftin qiymətinin 50-60 dollardan yuxarı olması ağlabatan görünmür. Agentlik Azərbaycanın xərclərinin artacağını, neftin qiymətinin kəskin yüksəlməyəcəyini düşünərək belə bir proqnoz verib. Makroiqtisadi göstəricilərə və texniki analizlərə görə, "Fitch"in proqnozunu doğru saymaq olar. Amma manatın məzənnəsi inzibati qaydada tənzimləndiyinə görə bu, hökumətin və Mərkəzi Bankın verəcəyi birgə qərardan asılı olacaq".

Yazda əmanətləri bu valyutada saxlamaq məsləhətdir>>

"Qonşu ölkələrin milli valyutaları ilə müqayisədə manat sabitliyini qoruyur. Artıq 4 ildir ki, dollar qarşısında manat sabitdir. Lakin qonşu ölkələrin milli valyutaları ucuzlaşıb. Qonşu ölkələrin milli valyutaları ucuzlaşdıqca Azərbaycan daha çox idxalçı ölkəyə çevrilir. Yəni idxal etmək daha sərfəli olur. Bu da manatın məzənnəsinə əlavə təzyiq yaradır", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, qonşu ölkələrdə ucuzlaşma trendi davam edəcək: "Çünki turizmi inkişaf etdirmək istəyən ölkələr məzənnə siyasətinə başqa cür yanaşırlar. Məzənnə hər il nisbətən aşağı düşdükcə bu, həm ixrac potensialını artırır, həm də daha çox turist cəlb edir. Son illər bu istiqamətdə Türkiyə və Gürcüstan eyni xətti götürüblər".

"Dünyada dolların güclənməsi gözlənilirmi?" sualına ekspert belə cavab verib: "ABŞ hazırda dolların möhkəmlənməsində maraqlı deyil. Ən azından, bu il dolların möhkəmlənməsi ilə bağlı hansısa addımların atılacağını gözləmək çətindir. Çünki dolların məzənnəsinin aşağı olması ABŞ iqtisadiyyatının daha tez özünə gəlməsinə xidmət edən amilə çevrilir".

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, "Fitch"in proqnozu çox optimistdir: "Xüsusilə məzənnənin bu səviyyədə qorunub saxlanması gələcəkdə neftin qiymətindən asılı olaraq çox baha başa gələ bilər. Neft hasilatının azalması, neft qiymətinin yüksək olmaması və s. səbəbdən manatın məzənnəsinin uzun müddətli dövrdə "Fitch"in dediyi kimi olması ağlabatan görünmür. Digər tərəfdən, 2030-cu ilədək manatın məzənnəsini bu səviyyədə saxlasaq, iqtisadiyyatın rəqabətliliyini əhəmiyyətli dərəcədə məhv etmiş olarıq".

479
Teqlər:
neft, proqnoz, "Fitch" beynəlxalq reytinq agentliyi, Azərbaycan, manat, dollar, valyuta
Hərrac, arxiv şəkli

Dövlət əmlakı hərraca çıxarılır: Nazirlik vaxt təyin elədi

10
(Yenilənib 16:28 10.04.2021)
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

BAKI, 10 aprel - Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 4 may tarixində təşkil ediləcək.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərraca 62 dövlət əmlakı çıxarılacaq. Bunlardan  40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3fIBdz1, https://bit.ly/31Kztgj, https://bit.ly/3unbPmn)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

10
Teqlər:
İqtisadiyyat Nazirliyi, hərrac, əmlak, dövlət

Neft qiymətləri necə dəyişəcək - professor açıqlayır

21
(Yenilənib 01:23 09.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, qiymətlər artarsa, hasilat bir qədər də artacaq.
Elşad Məmmədov: “Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir”

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib. Belə ki “Brent” və “WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, neft bazarında qiymətlərin dəyişkənliyi gözləniləndir: “Yaxın gələcəkdə qiymətlərin 60-65 dollar civarında formalaşmasının şahidi olacağıq. Çünki qiymətlərin kəskin artımı üçün müvafiq fundamental baza yoxdur. Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir. Qiymətlər artarsa, hasilat bir qədər də artacaq. O baxımdan yaxın müddətli perspektivdə qiymətlərin artımı gözlənilmir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Meyvə və tərəvəz satışı, arxiv şəkli

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

0
(Yenilənib 23:55 10.04.2021)
Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.

0
Teqlər:
immunitet, meyvə, yaz, vitamin