Neft buruğu, arxiv şəkli

Neftin qiyməti "mayallaq vurur"

19
(Yenilənib 22:50 23.03.2021)
Alqı-satqı nəticələrinə görə demək olar ki, "qara qızıl" pandemiyanın üçüncü dalğası fonunda ucuzlaşır.

BAKI, 23 mart - Sputnik. Çərşənbə axşamı gün sonuna doğru dünyada neftin qiymətləri daha 6-7% düşüb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Brent markalı neftin qiyməti fevralın 11-dən bəri 1 barrel üçün 61 dollara düşüb. Alqı-satqı nəticələrinə görə demək olar ki, xammal pandemiyanın üçüncü dalğası fonunda ucuzlaşır. 

Brent markalı neftin Şimal dəniz qarışığı üçün may fyuçerslərinin qiyməti 6.25% düşərək 60.58 dollar/barrel olub. WTI neftinin may fyuçersləri 6.74% faiz ucuzlaşaraq 57.41 dollar/barrelə düşüb.

 

19
Teqlər:
WTI, Brent, ucuzlaşma, Neft qiymətləri
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (83)
Market

Bahalaşan ərzaq qeyri-ərzaq məhsulları açıqlandı

21
(Yenilənib 15:54 16.04.2021)
Üç ay ərzində istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

21
Pulun sayması, arxiv şəkli

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

7
(Yenilənib 14:58 16.04.2021)
ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatının payına düşüb.

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz artıb.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

7
Teqlər:
Azərbaycan, ÜDM
 İnsanın kölgəsi, arxiv şəkli

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlandı

0
Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir

0