Pomidor satışı, arxiv şəkli

Azərbaycanlı fermerlərə yaşıl işıq: Rusiya pomidorlara qoyduğu qadağanı qismən götürdü

39
(Yenilənib 20:06 23.03.2021)
"Rosselxoznadzor" hələ ötən il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını qadağan etmişdi.

BAKI, 23 mart - Sputnik. "Rosselxoznadzor" Azərbaycanın 8 müəssisəsinə Rusiyaya pomidor göndərməyə icazə verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat qurumun saytında yer alır. Qeyd olunur ki, müəssisələr martın 24-dən etibarən ixraca başlaya bilərlər. Qərar birgə videomüşahidə zamanı seçilmiş nümunələrin karantin-fitosanitar ekspertizasının nəticələri əsasında və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

Xatırladaq ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını qadağan etmişdi. Buna səbəb isə məhsullarda zərərvericilərin aşkarlanması idi. Bir müddət sonra bir neçə müəssisəyə məhsuil ixrac edilməsinə icazə verilmişdi.

39
Teqlər:
icazə, ixrac, Rusiya, Azərbaycan, pomidor
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

2
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

2
Market

Bahalaşan ərzaq qeyri-ərzaq məhsulları açıqlandı

23
(Yenilənib 15:54 16.04.2021)
Üç ay ərzində istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

23
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportaj beynəlxaq mükafat ala bilər

0
(Yenilənib 18:18 17.04.2021)
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb.

BAKI, 17 aprel - Sputnik. "VICE News" informasiya agentliyinin jurnalisti Hind Həsənin Ermənistan qoşunlarının Bərdə şəhərinə raket zərbəsindən sonra hazırladığı reportaj "The One World Media" beynəlxaq mükafatına namizəd irəli sürülüb.

Trend bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, "VICE News"un ikinci Qarabağ müharibəsində döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə edilən raket hücumunun fəsadlarını əks etdirən reportajı "News Award" kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, ötən il müharibə zamanı Ermənistan qoşunları Bərdəyə raket zərbələri endirmişdi. Nəticədə 20-dən çox şəxs həlak olmuş, 70 nəfər yaralanmışdı.

0