Ət, arxiv şəkli

Azərbaycana ətin hansı ölkələrdən qədər gətirildiyi bəlli oldu

18
(Yenilənib 19:12 17.03.2021)
Ümumilikdə 2021-ci ilin iki ayında 6 044.71 ton ət idxal olunub. İxrac əməliyyatlarında yer alan əsas ölkələr İtaliya, Türkiyə  və Hindistan olub.

BAKI, 17 mart — Sputnik. Cari ilin iki ayında Azərbaycandan 57.50 min ABŞ dolları dəyərində diri heyvan ixrac olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük kmitəsiin idxal və ixracla bağlı iki aylıq hesabatında məlumat qeyd olunub. Bildirilib ki, eyni dövrdə Azərbaycana 4 422 54 min ABŞ dolları dəyərində diri heyvan idxal olunub.

Komitənin məlumatına görə, bu müddətdə 13.19 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Bu müddətdə 10 191 98 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri idxal edilib.

Ümumilikdə 2021-ci ilin iki ayında 6 044.71 ton ət idxal olunub. İxrac əməliyyatlarında yer alan əsas ölkələr İtaliya, Türkiyə  və Hindistan olub. İdxal əməliyyatlarında yer alan əsas ölkələr isə Rusiya, Türkiyə və Çin olub.

18
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

5
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

5

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

11
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

0
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

0