OPEC-in loqosu, arxiv şəkli

Azərbaycan fevralda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

6
(Yenilənib 18:38 16.03.2021)
OPEC+ ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib.

BAKI, 16 mart — Sputnik. Fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barrel olub. Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bunun 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barel təşkil edəcək.

6
Market

Bahalaşan ərzaq qeyri-ərzaq məhsulları açıqlandı

21
(Yenilənib 15:54 16.04.2021)
Üç ay ərzində istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

21
Pulun sayması, arxiv şəkli

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

7
(Yenilənib 14:58 16.04.2021)
ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatının payına düşüb.

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz artıb.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

7
Teqlər:
Azərbaycan, ÜDM
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

0
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

0