Füzulidə beynəlxalq hava limanının uçuş-eniş zolağının tikintisi

Macar şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində maraqlıdırlar

20
P.Şahbazov eyni zamanda, Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib

BAKI, 11 mart — Sputnik. Energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

P.Şahbazov iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun fəaliyyətinə, cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

P.Siyarto Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıqların yarandığı dövrdə ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

20
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

10
Əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır

BAKI, 17 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib.

Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tələbatının bərpası kövrək olaraq qalır. Agentliyə görə, qlobal xam neft tələbatı cari ilin ilk rübündə gözləntilərin altında qalsa da, müsbət iqtisadi proqnozlar və güclü iqtisadi göstəricilər tələbatla bağlı proqnozun yuxarı istiqamətli dəyişdirilməsinə şərait yaradır. Digər tərəfdən, əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır.

10
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

6
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

6
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0