DGK-nın binası, arxiv şəkli

Dövlət büdcəsinə edilən gömrük ödənişlərinin həcmi açıqlanıb

20
(Yenilənib 22:13 03.03.2021)
Nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub

BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

20
Teqlər:
büdcə, gömrük
Edvgerial saytının istifadəçisi

Vergi Xidməti ƏDV-nin geri qaytarılması barədə

12
(Yenilənib 18:31 19.04.2021)
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb.

BAKI, 19 aprel — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 

2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb ki, bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

 Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

 İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

 İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, “Kapital Bank”ın "BirBank" və ya “Azərbaycan Beynəlxalq Bankı”nın “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

 İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Qeyd edilməlidir ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir. Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

12
Teqlər:
ƏDV geri al, ƏDV
Bankada manat, arxiv şəkli

Əhalinin əmanətləri azalıb

5
(Yenilənib 11:38 19.04.2021)
Əmanətlərin 50,1 faizi xarici, 49,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada əmanətlər 1,4 faiz artıb, xarici valyutada isə 8,1 faiz azalıb.

BAKI, 19 aprel — Sputnik. 2021-ci il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği fevral ayı ərzində 177 milyon manat artaraq 8379,9 milyon manat təşkil edib.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əmanətlərin 50,1 faizi xarici, 49,9 faizi isə milli valyutada qoyulub.

Əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin əmanətləri 3,6 faiz azalıb. Ötən ilin eyni dövrünə nisbətən milli valyutada əmanətlər 1,4 faiz artıb, xarici valyutada isə 8,1 faiz azalıb.

5
Teqlər:
xarici valyuta, milli valyuta, əmanət
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0