SOCAR işçisi, arxiv şəkli

Yayadək artıq neft tükənəcək, tədarük çətinləşəcək. SOCAR düşünür?

152
(Yenilənib 16:26 24.02.2021)
Dövlət Neft Şirkətindən bildirilib ki, Azərbaycanda neft hasilatı səviyyəsinin artırılması məsələsi OPEC+ təşəbbüsü çərçivəsində həll ediləcək.

BAKI, 24 fevral — Sputnik, Aygül Tağıyeva. Dünya bazarlarında neft qiymətlərinin sıçrayışına hazırlaşmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatı dayandırılmış quyularda və yataqlarda işi yenidən bərpa edə bilər. Bunu Sputnik Azərbaycan-a Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov deyib.

Bakıda neft buruqları, arxiv şəkli
© AFP 2021 / MLADEN ANTONOV

"OPEC-lə neft hasilatının azaldılmasına dair razılaşma çərçivəsində bəzi yataqlarda hasilatı dayandırmışdıq. Ancaq neftin həcmini artırmaq üçün işlərin müvəqqəti dayandırıldığı yataqlarda da istehsala başlayacağıq", - deyə Əhmədov bildirib.

O, neft hasilatı səviyyəsinin artırılması məsələsinin gündəmə gələcəyi təqdirdə bunun OPEC+ təşəbbüsü çərçivəsində həll ediləcəyini qeyd edib.

Bir qədər bundan əvvəl Azərbaycanın "SOCAR Trading" şirkətinin ticarət məsələləri üzrə direktoru Xəyal Əhmədzadə tələbin yenidən artması və istehsalçıların bazarı lazımi həcmdə neft məhsulları ilə təmin edə bilməməsi şəraitində 2021-ci ildə neftin bir barelinin qiymətinin 80 dollara çatacağını bildirmişdi.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya səbəbindən tələbin azalması ilə yaranan artıq neft bu ilin yay aylarına kimi tamamilə tükənəcək. Eyni zamanda, borularda, quyularda və fitinqlərdə istifadə olunan poladın qiymətinin həddən artıq artması nəticəsində neftə olan tələb yenidən yüksəlsə belə, tədarükün çətinləşməsinə səbəb olacaq. Əhmədzadə bu fikirdədir ki, bütün bunlar dünya bazarında "qara qızıl"ın çatışmazlığına gətirib çıxara bilər.

Qeyd edək ki, keçən ilin aprel ayında OPEC və bu quruma üzv olmayan ölkələr 2020-ci il mayın 1-dən 2022-ci il aprelin 30-na kimi neft hasilatını azaltmaq barədə yeni razılaşmanın şərtlərini qəbul etdilər. Razılaşma ölkələrin gündəlik hasilatının 9,7 milyon barelə qədər məhdudlaşdırılmasını nəzərdə tuturdu. 

1 avqust tarixindən etibarən əməliyyat tərəfləri şərtlərə düzəliş edərək 2020-ci ilin sonuna kimi bu rəqəmi 7,7 milyon barelə qədər endirmək barədə razılığa gəldilər. Əvvəllər OPEC+ tərəfindən müəyyən edilmiş plana görə, 1 yanvar 2021 - 30 aprel 2022 tarixləri arasında neft hasilatının gündəlik 5,8 milyon barelə qədər aşağı salınması nəzərdə tutulmuşdu.

2021-ci ilin yanvar ayının əvvəllərində isə OPEC+ ölkələri fevral və mart ayları üçün istehsal parametrləri barədə razılığa gəldilər. Bu razılaşmaya əsasən, Rusiya və Qazaxıstan iki ay ərzində gündəlik neft hasilatını 150 min barel artıra biləcək, Səudiyyə Ərəbistanı və bütün digər OPEC+ üzvləri isə əksinə, ümumilikdə hasilatı gündəlik 1,4 milyon barelə qədər məhdudlaşdıracaqlar.

152
Teqlər:
SOCAR, tədarük, qiymət, azalma, hasilat, neft
Kartof məhsulu, arxiv şəkli

Azərbaycana təzə tərəvəz idxalı kəskin artıb

9
Bu ilin 2 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə xam şəkər və şəkər idxalı 2,5 dəfə, siqaretlər 45,6 faiz, dərman vasitələri 1,8 dəfə, məişət soyuducuları 20,7 faiz artıb

BAKI, 15 aprel — Sputnik. Bu ilin 2 ayında Azərbaycana təzə tərəvəz idxalı kəskin artıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında ölkəyə təzə tərəvəz idxalı 3,2 dəfə artıb.

Bundan başqa, bu ilin 2 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə xam şəkər və şəkər idxalı 2,5 dəfə, siqaretlər 45,6 faiz, dərman vasitələri 1,8 dəfə, rezin şinlər 12,1 faiz, mineral gübrələr 2,0 dəfə, yük avtomobilləri 12,8 faiz, məişət kondisionerləri 8,0 faiz, məişət soyuducuları 20,7 faiz artıb.

9
Bakıda neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşıb

10
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 15 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,39 dollar artaraq 65,92 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,07 dollar artaraq 66,63 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar bahalaşaraq 63,15 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
AstraZeneca peyvəndi, arxiv şəkli

Angela Merkel "AstraZeneca" ilə vaksinasiya olunacaq

0
Kansler prosedurun vacibliyini vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.

Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.

Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.

0