BAKI, 19 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,55 dollar artaraq 64,78 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 63,26 dollar, "Light" markalı neftin qiyməti isə 0,81 dollar ucuzlaşaraq 59,71 dollar olub.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.
“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:
“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.
Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Pandemiya ilə bağlı karantin dövrünün bir sıra qaydaları qüvvədə olsa da, Bakıda 8 Mart Beynəlxalq Qadınlar günü gəzintilər və bol buketlərlə qeyd olunur. Əlbəttə ki, gözəl bir gül buketi sizi ən buludlu gündə də sevindirəcək və üzünüzə təbəssüm qonduracaq.
Ənənəvi olaraq bu gün şəhərin hər yerində əllərində sevgililəri və sevdikləri üçün gül buketləri və hədiyyələr olan kişiləri görə bilərsiz.
Küçədə çiçək və hədiyyəlik əşyalar satanlar üçün də bu gün əsl bayramdır. Çünki çoxdandır pandemiya səbəbindən toy, nişan, ad günü, bayram mərasimləri olmadığı üçün, onların alveri o qədər də yaxşı getməyib.
Sputnik Azərbaycan oxucularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bayram əhval-ruhiyyəsini fotolentlə bölüşür.
Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il