Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşıb

16
(Yenilənib 11:39 16.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 16 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 64,34 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Brent” markalı neftin qiyməti 0,13 dollar artaraq 63,43 dollar, “Light” markalı neftin qiyməti isə 0,63 dollar bahalaşaraq 60,10 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16
Neft buruğu, arxiv şəkli

Pandemiyadan sonra ilk dəfə neft 70 dollarlıq psixoloji həddə yaxınlaşır

7
(Yenilənib 19:34 05.03.2021)
Deputat: "2021-ci ilin dövlət büdcəsində neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq.

BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".

Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

7
Prezident İlham Əliyev YAP-ın qurultayında, 05 mart 2021-ci il

Azərbaycan Prezidenti: "Biz reallıqlar yaradan ölkəyik"

7
(Yenilənib 15:40 05.03.2021)
Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir

 

BAKI, 5 mart — Sputnik. Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında bildirib.

"Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir", - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və ikinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

7
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

0
(Yenilənib 23:28 05.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

0