BAKI, 15 fevral — Sputnik. "Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq", - o qeyd edib.
BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:
Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.
BAKI, 27 fevral — Sputnik. Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.