Pulun sayması, arxiv şəkli

Deputat da üsyan edir: "Qiymətlər artır, bunun qarşısı alınmalıdır"

48
(Yenilənib 12:37 12.02.2021)
"“Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil, digər xərclər də artacaq. Qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. "Qiymətlər artır, bunun qarşısı alınmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"“Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil, digər xərclər də artacaq. Qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilməlidir".

O, pensiyaların artmasını müsbət qiymətləndirib.

Deputat Fazil Mustafa da qiymət artımından danışıb: "Ərzaqların qiyməti qalxıb. Bahalaşma hər sahədə müşahidə olunur. Hər halda bağlı yerləri açmaq lazımdır".

48
Teqlər:
Azərsu, qiymət artımı, deputat
Baş nazir Əli Əsədov, arxiv şəkli

Baş nazirdən yeni qərar - 5 prioritet istiqamət üzrə...

11
(Yenilənib 15:28 27.02.2021)
Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib

 

BAKI, 27 fevral — Sputnik. Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin sərəncamını imzalayıb. 

Sənədə əsasən, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

11

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

10
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

10
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200-ə çatır

0
(Yenilənib 18:31 27.02.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbilə ölüb.

BAKI, 27 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 171793-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 283 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3190-na çatıb. Xəstəlikdən sağalanların sayı 163309 nəfər olub. Hazırda bu ölkədə 4481 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
statistika, Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Mövzu:
Yeni tip koronavirus pandemiyası