Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, arxiv şəkli

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nazirliyin tabeliyindən çıxarıldı

12
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" AR Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərəncamında dəyişikliklər edilib.

BAKI, 11 fevral — Sputnik. Prezident İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:

1.1. 1-ci hissədən "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində" sözləri çıxarılsın;

1.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

"3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.";

1.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. Müəyyən edilsin ki:

3-1.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3-1.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3-1.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3-1.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3-1.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3-1.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3-1.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3-1.2.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3-1.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3-1.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3-1.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını iki ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturuna və nizamnamə kapitalının miqdarına dair təkliflərini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

12
Hotel foyesi, arxiv şəkli

Azərbaycanda dincəlmək istəyən insanların işini yüngülləşdirirlər: çox sürətli olacaq

58
(Yenilənib 15:55 02.03.2021)
Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

BAKI, 2 mart — Sputnik, Zarina Orucəliyeva. Tezliklə turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yerli bazarda öz yerini tutacaq. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu daxili bazarda turizm xidməti göstərənlər üçün yeni platformanın yaradılması üçün tender elan edib.

Qonaqlama obyektləri (hotellər, hostellər), turizm xidməti göstərənlər, səyahət fəaliyyəti ilə məşğul olanlar və turistləri bir araya gətirən inteqrasiya edilmiş bu platforma yalnız Azərbaycan vətəndaşları və ölkədə yaşamaq üçün icazəsi olan əcnəbilər üçün nəzərdə tutulub.

Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

Sistem B2B və B2C komponentlərini özündə birləşdirir ki, bu da tur təşkilatçılarına həm dinamik, həm də statistik turlar təşkil etməyə imkan verəcək. Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

"Bizim missiyamız isə ondan ibarətdir ki, sürətli ödəməni təmin etməklə insanlara rahat və sürətli rezervasiya üçün şərait yaradaq. Bundan başqa, vahid mərkəzdən idarəetmə sistemi aləti yaratmaqla turizm sənayesinin fəaliyyətini genişləndirmək istəyirik. Bu sistem müxtəlif turizm məhsulları tədarükçüləri üçün ticarət platforması rolunu oynayacaq", – deyə o bildirib.

Yeni platformanın yaradıcılarının məqsədi çox sadədir - yerli turistlərə otel və səyahət paketlərini daha sürətli, effektiv və sərfəli şəkildə həyata keçirmək imkanı vermək.

"Bu, çox mühüm təşəbbüsdür. Özü də belə bir platformanın yaradılması o qədər də çətin iş deyil", – Hotel və Restoranlar Birliyinin (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi bu fikirdədir. Onun sözlərinə görə, platforma uyğun qiymətlər, marketinq yanaşmaları, marşrutlar və turlar şəklində məhsullarla daha çox yerli turistlərə yönəldiləcək.

"Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ>>

Dubəndi onu da bildirdi ki, Azərbaycan daxili turizmin hərtərəfli inkişafı üçün bütün imkanlara malikdir - iqlim zonalarının növbələşməsi, əhalinin etnik müxtəlifliyi, bölgələrin zəngin mətbəxi, adət-ənənələr, müxtəlif infrastruktur təklifləri (hotellər, restoranlar, hostellər) və s.

"Bu işdə Azərbaycanın milli parkları mühüm rol oynaya bilər. Çünki bu parklar açıq səma altında turizm fəaliyyətinə imkan verən geniş resurs spektrinə malik qorunan nəhəng ərazilərdir. Bu ərazilərə kempinqlər, gəzintilər (piyada və atla) təşkil oluna bilər. Məncə, bütün bunlar daxili turizmin inkişafında rol oynaya bilər. Daha sonra müəyyən turizm məhsulları təklif edərək beynəlxalq bazarlara da çıxmaq mümkündür", – deyə ekspert qeyd edib.

Onun fikrincə, rezervasiya sisteminin uğuru menecment işinin necə təşkil olunacağından asılıdır. Dübəndi Azərbaycanın işğaldan azad olunmuş ərazilərini da platformaya daxil etməyi və bu zaman Qarabağ bölgəsinin maddi-mənəvi irsinə xüsusi diqqət ayırmağı təklif edir.

58
Teqlər:
hostel, otel, turizm
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

58
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

58
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Daha bir məktəb 1 həftəlik distant təhsilə keçdi

0
(Yenilənib 11:37 03.03.2021)
Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

BAKI, 3 mart — Sputnik. Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

0