Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. Fevralın 1-dən etibarən xaricdən məhsul sifariş verən şəxslər müəyyən problemlərlə qarşılaşırdılar. Belə ki, vətəndaşlar böyük alış-satış platformalarından məhsul sifariş verərkən "Smartcustoms" tətbiqində, yaxud da e.customs.gov.az-da məlumat yerləşdirərkən müəyyən xanalarda məlumatların yerləşdirilməsi zamanı problemlə qarşılaşırdı. Belə ki, Çin kimi böyük alış-satış platformalarına sahib olan digər ölkələrdən şəxsən məhsul sifariş verərkən həmin tətbiqin seçim imkanı məhdudlaşdırılır. Şəxs "Aliexpress" və ya "Ebay"dan mal alır, məhsulu "Sinqapurpost"la göndərirlər. Lakin bunu "Smartcustoms"da seçmək olmur.
Poçtla gətirilən məhsullara görə bəyannamə və şəxsiyyət vəsiqəsinin qeyd olunması tələb olunur. Bu xanalar doldurulmalıdır, yoxsa boş qoyulmalıdır? Poçt olaraq isə digər ölkələrin poçt adları deyil, yalnız "Azərpoçt"u seçmək imkanı verilir. Halbuki məhsul xaricdən, Çindən və digər ölkələrdən gətirilir.
Bu xanalara məlumatlar necə yerləşdirilməlidir?
Məsələ ilə əlaqədar olarq Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib: "Çin Xalq Respublikasından "Aliexpress" saytı vasitəsilə verilən sifarişlərlə əlaqədar bildiririk ki, mal sifariş edildikdə "Poçt və ya daşıyıcı şirkət" xanasında “Azərpoçt” MMC-ni seçmək kifayətdir. Belə ki, beynəlxalq poçt göndərişləri vasitəsilə Azərbaycan Respublikasına daxil olan bağlamalar “Azərpoçt” MMC tərəfindən qəbul olunur. İzləmə kodu xanasında isə "Aliexpress" tərəfindən verilən kodu daxil etmək kifayətdir. Həmçinin müvafiq saytda göndərən şirkətin adı qeyd olunmadıqda "Aliexpress" yazmaq mümkündür".
Bundan başqa, ötən gün tətbiqdə şəxsiyyət vəsiqəsilə bağlı məlumatın qeyd olunmasında da problem vardı. Lakin bu problem artıq həllini tapıb.
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:
“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.
Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 6 mart — Sputnik. Türkiydədə qida məhsullarının qiyməti bahalaşıb.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Statistika Komitəsi son bir ildə qida məhsullarının qiyməti ilə bağlı statistikanı açıqlayıb.
Keçən ilin fevralından bu ilin fevralına qədər 50-dən çox əsas qida məhsulu üzrə qiymətlər artıb. Yalnız son bir ildə qiymətləri olduqca yüksək olan kartof və soğan kimi məhsullarda bir qədər ucuzlaşma olub.
Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.
1 ədədi keçən il 54 quruşa satılan yumurta bu ilin fevral ayında 52 faiz artaraq 82 quruşa çatıb. Mərciməyin kilosu təxminən 7 lirədən 11 lirəyə, portağalın kilosu isə 3 lirədən 5 lirəyə çatıb.
Ən çox bahalaşan məhsullardan - günəbaxan yağını, portağalı, yumurtanı, mərcini, kəvəri, toyuq ətini, margarini, qırmızı turpu, düyünü, unu, südü, çörəyi və s. göstərmək olar.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.