Xüsusi karantin rejimi zamanı supermarketin fəaliyyəti

Bazarda ucuz, baha?

24
(Yenilənib 14:31 09.02.2021)
Statistika Komitəsinin məlumatına görə, yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6% təşkil edib

BAKI, 9 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6%, qeyri-ərzaq məhsulları üzrə 103,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,3% təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2% təşkil edib. Yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4%-ə bərabər olub.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox qiymət artımı unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5% təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının bahalaşmasının müşahidə olunması ilə bağlı olub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100% təşkil edib.

24
Teqlər:
məhsul, ucuzlaşma, bahalaşma, qiymətlər, bazar
Neft buruğu, arxiv şəkli

Neft ölkələri üçün sevindirici xəbər

13
(Yenilənib 15:56 01.03.2021)
Fevral ayında neftin qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları keçib.

BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 65,42 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar bahalaşaraq 62,49 dollar olub.

Qeyd edək ki, neft qiymətləri fevral ayını artımla tamamlayıb. Ay ərzində qiymətlər pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Belə ki, "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları ötüb.

13
Azərbaycan manatı, arxiv şəkli

Sahibkarlar maliyyə mənbələrinə çıxışda problem yaşayırlar

19
(Yenilənib 15:02 01.03.2021)
KOBİA: "Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər".

BAKI, 1 mart — Sputnik. Sahibkarlar daha çox maliyyə resurslarına çıxışlarda problemlə üzləşir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.

"Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sorğu zamanı sahibkarların ən çox üzləşdiyi problem maliyyə resurslarına çıxışla bağlı olub. Belə ki, sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər"- deyə o qeyd edib.

O bildirib ki, cari ildə ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: "Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib. Dördü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb".

19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0