Xəbəri üç gün sonra çıxıb: Rusiya, Azərbaycan Ermənistan rəsmiləri danışırmışlar?

931
Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri distant rejimdə baş tutan iclasda müzakirələr aparıblar

BAKI, 9 fevral — Sputnik. Dağlıq Qarabağ üzrə üçtərəfli alt qrup dəmir yolları, avtomobil və qarışıq daşımalara dair iclas keçirib. Sputnik Ermənistan xəbər verir ki, fevralın 6-da distant rejimdə baş tutan iclasda Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri iştirak ediblər.

İclas zamanı dəmir yollarının vəziyyəti, həmçinin Dağlıq Qarabağ ətrafında avtomobil yolunun tikintisi imkanları müzakirə edilib. Tərəflər bu məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ekspertlərdən ibarət alt qrup Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qruplar çərçivəsində baş tutub.

931
Teqlər:
danışıqlar, Rusiya, Ermənistan, Azərbaycan, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son bir ildə maksimum göstəriciyə çatdı

6
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 5 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidr.

"Brent" markalı neftin qiyməti 0,90 dollar artaraq 67,64 dollar, "Light" markalı neftin qiyməti isə 0,82 dollar bahalaşaraq 64,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Teqlər:
qiymət artımı, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
İşsiz adam, arxiv şəkli

Bir çox sahələrdə işsizlik olacaq - Bu da elmi-texniki tərəqqinin Azərbaycana "töhfəsi"

1785
(Yenilənib 20:18 04.03.2021)
"Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklər baş verir. Bizdə hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların da boş qalacağını görəcəyik" - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. "Texnoloji kəşflərin tətbiqi çoxdan başlayıb. Sadəcə olaraq son bir ildə bu təsir daha da sürətləndir. Təbii ki, burada pandemiyanın da təsiri oldu".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni intellektin ölkəmizə təsiri haqda danışarkən belə deyib. 

Onun fikrincə, təxminən 10-12 il öncə başlayan proses yaxın gələcəkdə daha da sürətlənəcək.

"Biz süni intellektin təsirini ilk olaraq bankçılıq sahəsində gördük. Onlayn bankçılıq bank şöbələrinə ehtiyacı azaltdı, hətta qeyd edim ki, 2012-2013-cü illərdə Böyük Britaniyada ciddi böhran yaşandı. Təqribən 200 minə yaxın bank işçisi ixtisar oludu. Bu tendensiya bu gün də davam edir. Son illər Azərbaycanda da yeni texnologiyaların tətbiqi tendensiyası özünün göstərməyə başlayıb. Azərbaycanda da bank sektoruna işçi sayının azalması müşahidə olunacaq", - ekspert deyib.

O bildirib ki, bank sektoru ilə yanaşı süni intellekt digər sahələri də vuracaq:

"Süni intellekt həm hesablamalarda, həm qərarvermə mexanizmlərinin yaranmasında, həm də insan faktoru olmadan sənaye xərclərinin yaradılmasında da geniş istifadə olunacaq. Azərbaycanda isə ehtimal ki, insan əməyinin daha çox istifadə olunduğu sahələrdə süni intellekt tətbiq olunacaq. Bunlardan biri aqrar sektordur. Bizdə aqrar sektorda əl əməyindən hələ də çox yüksək səviyyədə istifadə olunur ki, bu da rentabelliliyi aşağı salır. Bir çox ölkələrdə isə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da əl əməyini dronlar əvəz edir. Yəni, komputer özü qərar verir ki, nə vaxt gübrə vermək lazımdır, nə vaxt sulamaq lazımdır və məhsulun yetişməsi üçün hansı tədbirlər görülməlidir".

Cəfərlinin sözlərinə görə, aqrar sektor qeyri-neft sektorunda lokomativ sayıldığından gələcəkdə bu sahədə iş yerlərinin azalmasına hazır olmaq lazımdır.

"Urbanizasiya hələ də başa çatmayıb. Rəsmi rəqəmlərə görə, bizdə kənd əhalisi ölkə əhalisinin 44 faizini təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 7-8 faiz civarındadır", - deyə N.Cəfərli bildirib.

Ekspert deyir ki, işsizliyin qarşısını almaq üçün indidən bu barədə düşünmək lazımdır. Lakin yaranacaq bu vəziyyətdən qorxmaq da lazım deyil: "Vaxtı ilə liftçi qız, telefonçu qız var idi. İndi isə nə liftçi qıza ehtiyac var, nə də telefonçu qıza. Bu isə o deməkdir ki, texnologiya inkişaf etdikcə, zamanla bəzi peşələrin tarixə qovuşması baş verir".

Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklərin baş verdiyini qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanda hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların boş qalacağını görəcəyik.

"Bir müddətdən sonra bu böyük alış-veriş mərkəzləri də tarixə qovuşacaq. Evdən çıxmadan süni intellektin yaratdığı imkanlarla virtual geyinib-soyunma otaqları da artıq mövcuddur. Yəni, bir geyimin, ayaqqabının üzərində necə göründüyünü görə bilirsən. Bu səbəbdən dünyada gedən tendensiya ilə bir müddətdən sonra Azərbaycanda da böyük alış-veriş mərkəzlərinin boş qalma ehtimalı var. Bu da müəyyən bir işsiz kütlənin yaranacağı deməkdir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.

1785
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalarda sıxlıq yaranıb - hörmət edib geri qaytara bilmirlər...

4
(Yenilənib 13:49 05.03.2021)
Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiyada sıxlıqla bağlı açıqlama yayıblar. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Qurumlar bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş ediblər ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

4
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İTSDA, Səhiyyə Nazirliyi, sıxlıq, poliklinika, vaksinasiya, vaksin