BAKI, 9 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 61,11 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.
“Brent” markalı neftin qiyməti 0,54 dollar artaraq 61,10 dollar, “Light” markalı neftin qiyməti isə 0,49 dollar bahalaşaraq 58,46 dollar olub.
"Azeri Light" neftinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olub.
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:
“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.
Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 6 mart — Sputnik. Türkiydədə qida məhsullarının qiyməti bahalaşıb.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Statistika Komitəsi son bir ildə qida məhsullarının qiyməti ilə bağlı statistikanı açıqlayıb.
Keçən ilin fevralından bu ilin fevralına qədər 50-dən çox əsas qida məhsulu üzrə qiymətlər artıb. Yalnız son bir ildə qiymətləri olduqca yüksək olan kartof və soğan kimi məhsullarda bir qədər ucuzlaşma olub.
Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.
1 ədədi keçən il 54 quruşa satılan yumurta bu ilin fevral ayında 52 faiz artaraq 82 quruşa çatıb. Mərciməyin kilosu təxminən 7 lirədən 11 lirəyə, portağalın kilosu isə 3 lirədən 5 lirəyə çatıb.
Ən çox bahalaşan məhsullardan - günəbaxan yağını, portağalı, yumurtanı, mərcini, kəvəri, toyuq ətini, margarini, qırmızı turpu, düyünü, unu, südü, çörəyi və s. göstərmək olar.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.