Restoran, arxiv şəkli

Pandemiya qaydalarına əməl etməyən müəssisə bağlandı

14
(Yenilənib 19:35 06.02.2021)
AQTA əməkdaşları Oğuz rayonu, Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçiriblər.

BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA əməkdaşları Oğuz rayonu, Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçiriblər.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Məlum olub ki, ictimai iaşə müəssisəsi qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərir. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyekti barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

14
Teqlər:
AQTA, Oğuz, qayda, pandemiya, kafe
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

8
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

8

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

18
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükut, arxiv şəkli

Sürücülərin diqqətinə: Saat 17.00-da DYP-dən işarə gözləyin

0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, bu gün saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq.

BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı respublikanın bütün ərazisində 1 dəqiqəlik sükut elan olunacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avtosfer-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərin diqqəti yol polislərində olsun ki, sayğı duruşu işarəsində onlar da Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etsinlər.

0