Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ümidini neftə bağlayanlar üçün yaxşı xəbər

© AFP 2023 / DELIL SOULEIMANНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
OPEC-ə görə, virusa qarşı peyvəndlərin tədricən yayılması qlobal iqtisadiyyat və neft tələbatının artması baxımından müsbət amildir.

BAKI, 6 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 59,34 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 56,85 dollar olub.

Qeyd edək ki, OPEC-in məlumatına görə, dünyada virusa qarşı peyvəndlərin tədricən yayılması ilin qalan hissəsi üçün qlobal iqtisadiyyat və neft tələbatının artması baxımından müsbət amildir.

Xəbər lenti
0