Яблоки, фото из архива

AQTA Rusiya ilə danışıqlara başladı - Almaya görə...

14
(Yenilənib 17:15 04.02.2021)
Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda bitki mühafizəsi tədbirləri həyata keçirilir

BAKI, 4 fevral — Sputnik. Rusiya Federasiyasına alma məhsulunun ixracı ilə bağlı müzakirələr davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsuluna tətbiq edilən məhdudiyyətlərin tam aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında, həmçinin Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda bitki mühafizəsi tədbirləri həyata keçirilir. Həmin təsərrüfatlarda həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində Rusiya Federasiyasına alma məhsullarının ixracına mərhələli şəklində icazələrin verilməsi ilə bağlı hazırda AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır.

14
Teqlər:
AQTA, Azərbaycan, Rusiya, ixrac, alma
DGK-nın binası, arxiv şəkli

Dövlət büdcəsinə edilən gömrük ödənişlərinin həcmi açıqlanıb

10
(Yenilənib 22:13 03.03.2021)
Nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub

BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

10
Teqlər:
büdcə, gömrük
Məhəmməd Sanusi Barkindo, arxiv şəkli

OPEC-in Baş katibi: "Mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb"

8
(Yenilənib 19:43 03.03.2021)
"2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir".

BAKI, 3 mart — Sputnik. "Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barel olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.

"Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir", - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, bu gün "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin  27-ci iclası, martın 4-də isə "OPEC+" ölkələri nazirlərinin 14-cü toplantısı keçiriləcək.

Xatırladaq ki, yanvarda "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək.

 

8
Teqlər:
tələbat, hasilat, artım, gəlir, neft, OPEC
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0