BP şirkətinin loqosu, arxiv şəkli

BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

18
(Yenilənib 13:23 04.02.2021)
"BP yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək".

BAKI, 4 fevral — Sputnik. Ötən ilin sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər təşkil edib.

"BP Azerbaijan" şirkətindən Sputnik Azərbaycan-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək", - deyə məlumatda qeyd edilib.

18
Hotel foyesi, arxiv şəkli

Azərbaycanda dincəlmək istəyən insanların işini yüngülləşdirirlər: çox sürətli olacaq

50
(Yenilənib 15:55 02.03.2021)
Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

BAKI, 2 mart — Sputnik, Zarina Orucəliyeva. Tezliklə turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yerli bazarda öz yerini tutacaq. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu daxili bazarda turizm xidməti göstərənlər üçün yeni platformanın yaradılması üçün tender elan edib.

Qonaqlama obyektləri (hotellər, hostellər), turizm xidməti göstərənlər, səyahət fəaliyyəti ilə məşğul olanlar və turistləri bir araya gətirən inteqrasiya edilmiş bu platforma yalnız Azərbaycan vətəndaşları və ölkədə yaşamaq üçün icazəsi olan əcnəbilər üçün nəzərdə tutulub.

Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

Sistem B2B və B2C komponentlərini özündə birləşdirir ki, bu da tur təşkilatçılarına həm dinamik, həm də statistik turlar təşkil etməyə imkan verəcək. Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

"Bizim missiyamız isə ondan ibarətdir ki, sürətli ödəməni təmin etməklə insanlara rahat və sürətli rezervasiya üçün şərait yaradaq. Bundan başqa, vahid mərkəzdən idarəetmə sistemi aləti yaratmaqla turizm sənayesinin fəaliyyətini genişləndirmək istəyirik. Bu sistem müxtəlif turizm məhsulları tədarükçüləri üçün ticarət platforması rolunu oynayacaq", – deyə o bildirib.

Yeni platformanın yaradıcılarının məqsədi çox sadədir - yerli turistlərə otel və səyahət paketlərini daha sürətli, effektiv və sərfəli şəkildə həyata keçirmək imkanı vermək.

"Bu, çox mühüm təşəbbüsdür. Özü də belə bir platformanın yaradılması o qədər də çətin iş deyil", – Hotel və Restoranlar Birliyinin (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi bu fikirdədir. Onun sözlərinə görə, platforma uyğun qiymətlər, marketinq yanaşmaları, marşrutlar və turlar şəklində məhsullarla daha çox yerli turistlərə yönəldiləcək.

"Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ>>

Dubəndi onu da bildirdi ki, Azərbaycan daxili turizmin hərtərəfli inkişafı üçün bütün imkanlara malikdir - iqlim zonalarının növbələşməsi, əhalinin etnik müxtəlifliyi, bölgələrin zəngin mətbəxi, adət-ənənələr, müxtəlif infrastruktur təklifləri (hotellər, restoranlar, hostellər) və s.

"Bu işdə Azərbaycanın milli parkları mühüm rol oynaya bilər. Çünki bu parklar açıq səma altında turizm fəaliyyətinə imkan verən geniş resurs spektrinə malik qorunan nəhəng ərazilərdir. Bu ərazilərə kempinqlər, gəzintilər (piyada və atla) təşkil oluna bilər. Məncə, bütün bunlar daxili turizmin inkişafında rol oynaya bilər. Daha sonra müəyyən turizm məhsulları təklif edərək beynəlxalq bazarlara da çıxmaq mümkündür", – deyə ekspert qeyd edib.

Onun fikrincə, rezervasiya sisteminin uğuru menecment işinin necə təşkil olunacağından asılıdır. Dübəndi Azərbaycanın işğaldan azad olunmuş ərazilərini da platformaya daxil etməyi və bu zaman Qarabağ bölgəsinin maddi-mənəvi irsinə xüsusi diqqət ayırmağı təklif edir.

50
Teqlər:
hostel, otel, turizm
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

56
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

56
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

0
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

0
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli