Kişi qabı su ilə doldurur, arxiv şəkli

Qiymət artımı "Azərsu"ya bəs etməyəcək...

34
"Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə səhmdar cəmiyyəti ziyanla işləyəcək".

BAKI, 1 fevral — Sputnik. "Azərsu" ASC 2021-ci ildə də ziyanla işləyəcək. Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhmdar cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı deyib.

"Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə səhmdar cəmiyyəti ziyanla işləyəcək. Böyük həcmli qurğular var. Onların amortizasiyasını nəzərə alsaq, 2021-ci ili ziyanla başa vuracağıq", - o qeyd edib.

34
Teqlər:
su, qiymət artımı, tarif, ziyan, "Azərsu" ASC
Mövzu:
Tarif Şurasının sürprizləri (14)
Məhəmməd Sanusi Barkindo, arxiv şəkli

OPEC-in Baş katibi: "Mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb"

5
(Yenilənib 19:43 03.03.2021)
"2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir".

BAKI, 3 mart — Sputnik. "Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barel olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.

"Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir", - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, bu gün "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin  27-ci iclası, martın 4-də isə "OPEC+" ölkələri nazirlərinin 14-cü toplantısı keçiriləcək.

Xatırladaq ki, yanvarda "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək.

 

5
Teqlər:
tələbat, hasilat, artım, gəlir, neft, OPEC

Qarabağ üzrə növbəti iclas - yenə əsas mövzu minalardır

9
(Yenilənib 17:38 03.03.2021)
Ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

BAKI, 3 mart — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.

Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də "Yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, "Ağıllı kənd" konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin planlı və ardıcıl surətdə aparılmasının vacibliyi vurğulanıb.

9
Teqlər:
Qarabağ, iclas, işğaldan azad edilmiş ərazilər
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov azadlığa buraxılır? - Haqqında yeni tələb var

0
(Yenilənib 21:02 03.03.2021)
Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı

 

BAKI, 3 mart — Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa çıxa (ev dustaqlığına buraxıla) bilər.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

 

Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

0
Teqlər:
Baş Prokurorluq, İstanbul, məhkəmə, azərbaycanlı iş adamı Mübariz Mənsimov