İclas zalı, arxiv şəkli

"Təcili olaraq Tarif Şurasını ləğv etməliyik" - deputat

129
(Yenilənib 20:37 01.02.2021)
Deputatlar Milli Məclisin bugünkü iclasında Tarif Şurasını tənqid ediblər. Hətta onlardan biri Tarif Şurasını Azərbaycan üçün kabus hesab etdiyini bildirib

 

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. "Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bir də gördün, qiyməti qaldırdılar. Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının qərarını da. Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?! Təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Prezidentin gördüyü işlərə kölgə salmağa çalışırlar", - deyə o bildirib.

Deputatlar Erkin Qədirli, Sabir Rüstəmxanlı da Tarif Şurasını tənqid ediblər.

129
Teqlər:
tənqid, deputatlar, Milli Məclis, Tarif Şurası
Mövzu:
Tarif Şurasının sürprizləri (14)

Bakı Abşeronda bu gündən yarmarkalar fəaliyyətə başladı

8
(Yenilənib 10:48 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bakı və Abşeron ərazisində bu gündən üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

8
Quş ferması, arxiv şəkli

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

8
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

8
Tramvay, arxiv şəkli

Bakıda tramvaylar bərpa olunacaq, velosiped yolları çəkiləcək

5
Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. "Velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib.

O bildirib ki, bu gün paytaxtda velosiped infrastrukturu, demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur: "2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər.

Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır.

Təəssüf ki, bu gün velosiped infrastrukturu, demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur. Yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub. İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq.

Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika Arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bütün bu işlər nəzərimizdədir".

Qeyd edək ki, Bakıda  tramvay yollarının bərpası çoxdan müzakirə mövzusudur. Sputnik Azərbaycan-ın bu mövzu üzrə Azərbaycan və rus versiyalarında keçirdiyi sorğunun iştirakçılarının əksəriyyəti Bakıda tramvayların yenidən şütüməsinə razıdır. 

5
Teqlər:
BNA, yol, velosiped, bərpa, tramvay, Bakı