CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yumşalma, n-ci mərhələ - iaşə obyektləri işə başlayır

© © AR Ministry of EconomyВ одном из кафе Баку, фото из архива
В одном из кафе Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Kafe və restoranlar bu gündən fəaliyyətə başlayır. Ancaq sahibkarlara sərt tələblər irəli sürülüb: Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

BAKI, 1 fevral - Sputnik. Bu gündən restoran, kafe və çayxanaların fəaliyyəti bərpa olunur.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.

Həmçinin onlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.

Eyni zamanda sahibkarlara sərt tələblər irəli sürülüb: Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Xəbər lenti
0