Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İki yüzdən çox fermer müsbət cavab gözləyir

© AP Photo / Peter DejongПомидоры, фото из архива
Помидоры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib

BAKI, 29 yanvar — Sputnik. Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın müvafiq qurumunun nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, 16 dekabr 2020-ci il tarixindən etibarən bir sıra müəssisələrə məhsullarının Rusiyaya idxalına icazə verilib.

Урожай томатов, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Pomidor ixracda birinciliyi əldən verib

Qeyd edək ki, bu günədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub. Eyni zamanda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri ilə birgə respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Belə ki, Agentliyin apardığı monitorinqlərə əsasən, bitki sağlamlığı vəziyyəti qənaətbəxş olan və beynəlxalq standartlara uyğun olan 53 təsərrüfatla bağlı məlumatlar Rusiyanın müvafiq qurumuna göndərilmiş və bu günədək 16 təsərrüfatda birgə videomonitorinqlər həyata keçirilib. Aparılan uğurlu danışıqlar və videomonitorinqlər nəticəsində bu günədək 39 pomidor təsərrüfatının məhsullarının ixracına icazə verilib ki, bu müəssisələrin 2021-ci il üzrə ixrac proqnozu 116393 ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, ixracına icazə verilən təsərrüfatların 2021-ci il üzrə ixrac proqnozu 2020-ci ildə Rusiyaya ixrac olunmuş pomidorun 64.6 %-ni təşkil edir. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın Federal Xidmətinin rəsmi məlumatına əsasən, 5 pomidor məhsul partiyasının nəqliyyat vasitələrində, taralarında karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması səbəbindən həmin təsərrüfatlara ixrac sertifikatlarının verilməsi müvəqqəti dayandırılıb. Həmin təsərrüfatlarda müvafiq monitorinqlər və bitki mühafizə tədbirləri həyata keçirilir ki, həmin tədbirlərin nəticələri haqqında Rusiyanın müvafiq qurumuna məlumat veriləcək.

Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan
RUSİYA
Rusiya azərbaycanlı pomidor və alma ixracatçılarına qapılarını açıb

Eyni zamanda ölkə ərazisi üzrə fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 24 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub və aparılan danışıqlar nəticəsində 10 alma istehsal müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. İxracına icazə verilmiş 10 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 45600 ton təşkil edir ki, bu da 2020-ci ildə Rusiyaya ixrac olunan almanın 67.9 %-ni təşkil edir.

Qeyd edək ki, hazırda AQTA ilə Rusiyanın Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0