Pomidor satışı, arxiv şəkli

Azərbaycan pomidorları üçün başqa bazarlar tapıldı

42
(Yenilənib 14:40 28.01.2021)
Azərbaycan Avropa və Körfəz ölkələrinə pomidor ixrac etmək istəyir. Ancaq bu bazarlara məhsulun ixracı ilə bağlı xüsusi sertifikatlar əldə etmək lazımdır.

BAKI, 28 yanvar — Sputnik. "Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, bu il pomidor məhsullarının ixracı ilə bağlı diversifikasiya məsələsi ciddi şəkildə nəzərdə tutulur: "Pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir. Bu bazarlara məhsulun ixracı ilə bağlı xüsusi sertifikatlar əldə etmək lazımdır. Bu istiqamətdə artıq işlərə başlanılıb. Məsələn, “Globalgap” sertifikatı olmasa, məhsul Avropaya ixrac edilə bilməz. Körfəz ölkələrində də bu sertifikat istənilir, lakin mütləq deyil. Ancaq bu sertifikatı olan məhsul daha yaxşı qəbul olunur".

42
Teqlər:
Körfəz, Avropa, Azərbaycan, bazar, ixrac, pomidor
Neft buruğu, arxiv şəkli

Pandemiyadan sonra ilk dəfə neft 70 dollarlıq psixoloji həddə yaxınlaşır

8
(Yenilənib 19:34 05.03.2021)
Deputat: "2021-ci ilin dövlət büdcəsində neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq.

BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".

Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

8
Prezident İlham Əliyev YAP-ın qurultayında, 05 mart 2021-ci il

Azərbaycan Prezidenti: "Biz reallıqlar yaradan ölkəyik"

8
(Yenilənib 15:40 05.03.2021)
Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir

 

BAKI, 5 mart — Sputnik. Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında bildirib.

"Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir", - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və ikinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

8
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO