Fındıq

Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək

19
(Yenilənib 14:19 26.01.2021)
Fermerlər 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası ala biləcəklər

BAKI, 26 yanvar — Sputnik. Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər.

Birinci halda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən kateqoriyası meşə fondu olan torpaqlar birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq.

Dağlıq/dağətəyi zonalarda salınacaq fındıq bağlarına isə təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) əkin, çoxillik əkmə və ya dinc olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Torpaq dəniz səviyyəsindən 200-1500 m hündürlükdə yerləşməlidir.

Birdəfəlik əkin subsidiyası üçün fermerlər 1 fevral – 31 may tarixləri aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları tək əkin subsidiyası ala biləcək.

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının 2019-cu il qərarı ilə intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsi nəzərdə tutulmuşdu. 4 ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq. 2021-ci ildən etibarən intensiv bağlarda bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası, sonrakı illərdə və ənənəvi bağlara isə 240 manat əkin subsidiyası ödəniləcək.

Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra "Fermer Kartı"na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%-i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.

Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar "Fermer Kartı"na ödənilir.

19
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

8
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

8

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

18
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

0
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19