Nazirlər Kabinetindən vacib qərar

88
Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur

BAKI, 11 yanvar — Sputnik. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemi təkmilləşdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 4 №-li Qərarında bildirilir: "Qəbul edilmiş Qərar Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.

Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bu Qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcəkdir.

Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilib".

Qərarın mətni ilə bu keçiddən tanış olmaq mümkündür.

88
Pomidor, arxiv şəkli

Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir

149
(Yenilənib 20:45 21.01.2021)
"İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır" - aqronom.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd edilib ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Aqronom Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyib ki, qış aylarında pomidorlarda virus xəstəliklərinin yayılma ehtimalı azdır:

"Əgər bitkilər virus xəstəliyinə yoluxubsa, onların payız və qış aylarında inkişaf sürəti azalır. İstixanalara gedib baxıram. Pomidorlarda qəhvəyi qırışlı meyvə virusuna demək olar ki, rast gəlməmişəm. Hazır şitillərin üzərində də virus gələ bilər.

Bu virus ancaq primitiv istixanalarda görülə bilər. İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır. Bizim məhsullar orqanik məhsullara yaxın məhsullardır. İl ərzində günəşli günlərin sayı çox olduğundan, bitkinin istehsal prosesi zamanı təbii bioloji proses daha çox getdiyindən bizim məhsulların insan sağlamlığına mənfi təsiri demək olar ki, yoxdur".

O qeyd edib ki, ToBRFV virusu bütün Avropa ölkələrində, xüsusən İtaliya və Fransadakı istixanalarda və açıq sahələrdə daha çox yayılıb:

"Ona görə də xaricdən gələn toxumların virus xəstəlikləri daşıyıcısı olub-olmadığı dəqiq yoxlanılmalıdır. Bizdə pomidor toxumları əsasən xaricdən gətirilir. Əsasən Hollandiyadan, Türkiyədən, İsraildən toxumlar gətirilir".

O bildirib ki, bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri aparılır, dərmanlar vurulur: "Ancaq bəzən bu, düzgün aparılmır. Təkcə dərmanlama aparmaq kifayət etmir. Eyni zamanda, mexaniki və bioloji üsullardan da istifadə olunmalıdır. İstixanalarda virus xəstəliklərinin yayılması əsasən iki halda olur. Birincisi, toxumun özündə gəlir. İkincisi isə zərərvericilər vasitəsilə istixanaya yayılır. Burada sistemli iş aparılmalıdır. Məsələn, bir ərazidə yerləşən istixanalarda dərmanlama eyni vaxta aparılmalıdır. Və ya kimsə istixananı sökürsə, dezinfeksiya edib sökməlidir".

"Bu işlər kompleks şəkildə aparılmalıdır. Əminəm ki, müvafiq qurumlar və təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.

149
Teqlər:
aqronom, Qazaxıstan, Rusiya, "pomidor böhranı", pomidor
İmza, arxiv şəkli

Azərbaycan Türkmənistandan tarixi qərar - Xəzərdən artıq "pul iyi" gələcək

63
Azərbaycan və Türkmənistan Xəzərdə “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı Memorandum imzaladı.

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Qeyd edək ki, yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

63
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

0
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

0