BAKI, 11 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm imkanlarının təbliğ edilməsi, həmçinin turistlər üçün turizm məkanlarının əlçatanlığının təmini məqsədilə Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi dərc olunub. Bu barədə Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Xəbərdə qeyd edilir ki, həmçinin Lənkəran şəhər turist xəritəsi, "Cənub regionunda 10 əsas təbiət təcrübələri" və "Lənkəranda 10 əsas turizm fəaliyyəti" adlı broşürlər çap edilib. Bundan öncə isə Şimal və Şimal-qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.
Şimal turizm dəhlizi üzrə Quba və Qusar şəhərlərinin turist xəritələri, "Qubada 10 gəzməli-görməli yer", "Qusarda 10 əsas gəzməli-görməli yer", "Şimal regionunda əsas təbiət təcrübələri" adlı broşürlər nəşr edilib. Qeyd olunan xəritə və broşürlər müvafiq olaraq regionlarda fəaliyyət göstərən mehmanxanalara, turizm informasiya mərkəzlərinə və aidiyyəti qurumlara paylanılıb.
Şimal-qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilib. Şimal-qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən "Şimal-qərbdə 10 gəzməli-görməli yer" və "Şimal-qərbdə əsas turizm təcrübələri" adlı broşürlər hazırlanıb.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".
“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:
“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.
İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.
https://www.facebook.com/prokurorluq/videos/118373910083559