Bakıda tıxac, arxiv şəkli

Dizelli maşın sürənlər bu müqayisədən sonra gərək utanalar

87
(Yenilənib 20:55 05.01.2021)
Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən "Baku Bus" şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir

BAKI, 5 yanvar — Sputnik. Havanı daha çox çirkləndirən mənbələrdən biri hazırda avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır. Avtonəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev danışıb.

O bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb.

"Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur".

V.Əliyevin sözlərinə görə, avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa, 1 ton dizel yandıqda havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır.

Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən "Baku Bus" şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.

Xatırladaq ki, yanvarın 4-də Tarif Şurasının verdiyi qərara görə, bu gündən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

87
Teqlər:
hava, tullantı, avtomobil, Milli Hidrometeorologiya Departamenti, sıxılmış qaz, benzin, dizel
Mövzu:
Tarif Şurasının sürprizləri (6)
Polietilen torbalar, arxiv şəkli

Olmalıydı, olmadı: qanunun qadağan etdiyi məhsul hələ mağazada satılır

13
(Yenilənib 16:03 19.01.2021)
Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib

BAKI, 19 yanvar — Sputnik. Bu il hər il martın 15-i qeyd edilən Ümumdünya İstehlakçı Hüquqları Günü planetin plastik çirklənməsi probleminin həllinə həsr ediləcək.

Plastik gündəlik həyatda çox faydalı bir material ola bilər, ancaq həddindən artıq istehlak edilməsi və xüsusilə birdəfəlik plastik istehsalı qlobal plastik çirklənmə böhranına səbəb olur.

"Plastik Dalğanı Qırmaq" adlı kitabına görə, böyük siyasi, yenilik və davranış dəyişiklikləri baş verməyincə, plastikin okeana axışı 2040-cı ilə qədər üçqat artacaq. 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox, plastik olacağı təxmin edilir. Qeyd edilib ki, plastik çirklənmədən hər il 100,000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.

Hər il təxminən 8 milyon ton plastik okeanlara atılır.

İstehlakçıların plastik çirklənmə probleminin həllinə töhfə verə bilməsi və davamlı istehlak modelini seçməsi üçün istehlak bazarını bütün səviyyələrdə, əyalətlərdə, müəssisələrdə sistematik şəkildə dəyişdirmək lazımdır.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum 1999-cu ildə küçə nümayişi keçirərək Bakının ətraf mühitinin plastik tullantılar ilə çirklənməsi barədə ictimai rəy yaradıb. Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib.

"Qərara görə, yanvarın 1-dən plastik torbalar bütün mağazalardan yığışdırılmalı idi. Ancaq görünən odur ki, plastik torbalar yığışdırılmayıb", - deyən E.Hüseynov bildirib ki, birlik 500-ə yaxın bez torbalar istehsal edərək istehlakçılara paylayıb.

Onun sözlərinə görə, MDB məkanında tətbiq edilən təcrübə Azərbaycanda da tətbiq edilməlidir: "Yəni plastik torbalar marketlərdə satılsın. Əgər istehsal olunursa, rəngsiz olsun, hökumətin qeyd etdiyi kimi onun qalınlığı 15 mikrondan qalın olmasın. Birmənalı şəkildə pulla satılsın ki, əhali ev torbalarına keçsin".

Mütəxəssisin fikrincə, bu gün ən yaxşı vasitə ölkənin cənub bölgəsində hazırlanan həsir zənbillərdir. Dövlət Gömrük Komitəsi plastik məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

13
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

10
(Yenilənib 15:09 19.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 55,37 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,25 dollar artaraq 55 dollar, “Light” markalı neftin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 52,18 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
qiymət, neft
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

0
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

0