100 manatlıq əskinazlar

Bu il manatın taleyi necə olacaq - Mərkəzi bankın şərhi

59
"Azərbaycanda 2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәk və inflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Azərbaycanda 2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәk və inflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

"Pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq. İstehlakda idxal mallarının әhәmiyyәtli paya malik olması mәzәnnәnin başlıca inflyasiya amili olmasını şәrtlәndirir. Növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq", - deyə AMB bildirir.

"Bank hәdәflәrә nail olmaq üçün perspektivdә dә bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәk, verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacaq. Bundan əlavə, pul siyasәti alәtlәri üzrә kәmiyyәt parametrlәri növbәti ildә dә iqtisadiyyatın likvidlik ehtiyaclarından vә maliyyә bazarlarındakı vәziyyәtdәn asılı olaraq çevik tәnzimlәnәcәk. Pul siyasәtinin transmissiya effektini güclәndirmәk, habelә pul bazarının aktivlәşmәsini vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәk üçün әmәliyyat prosedurlarının tәkmillәşdirilmәsi AMB tərəfində davam etdirilәcәk", - deyə sənəddə bildirilir.

"Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәk. Pul siyasәtinin izafi yumşalmasının mümkün neqativ nәticәlәri nәzәrә alınmaqla risklәrin qiymәtlәndirilmәsi zamanı konservativ mövqe saxlanılacaq. 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin azalması hesabına neytrallaşa bilәr. Ortamüddәtli dövr üzrә isә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaq. Manatın mәzәnnәsinin sabitliyinin qorunması hәm qısa, hәm dә orta müddәtli dövrdә makroiqtisadi sabitliyin әsas lövbәri rolunda çıxış edәcәk", - bəyanatda deyilir.

59
Teqlər:
inflyasiya, Mərkəzi Bank, manat
Polietilen torbalar, arxiv şəkli

Olmalıydı, olmadı: qanunun qadağan etdiyi məhsul hələ mağazada satılır

14
(Yenilənib 16:03 19.01.2021)
Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib

BAKI, 19 yanvar — Sputnik. Bu il hər il martın 15-i qeyd edilən Ümumdünya İstehlakçı Hüquqları Günü planetin plastik çirklənməsi probleminin həllinə həsr ediləcək.

Plastik gündəlik həyatda çox faydalı bir material ola bilər, ancaq həddindən artıq istehlak edilməsi və xüsusilə birdəfəlik plastik istehsalı qlobal plastik çirklənmə böhranına səbəb olur.

"Plastik Dalğanı Qırmaq" adlı kitabına görə, böyük siyasi, yenilik və davranış dəyişiklikləri baş verməyincə, plastikin okeana axışı 2040-cı ilə qədər üçqat artacaq. 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox, plastik olacağı təxmin edilir. Qeyd edilib ki, plastik çirklənmədən hər il 100,000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.

Hər il təxminən 8 milyon ton plastik okeanlara atılır.

İstehlakçıların plastik çirklənmə probleminin həllinə töhfə verə bilməsi və davamlı istehlak modelini seçməsi üçün istehlak bazarını bütün səviyyələrdə, əyalətlərdə, müəssisələrdə sistematik şəkildə dəyişdirmək lazımdır.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum 1999-cu ildə küçə nümayişi keçirərək Bakının ətraf mühitinin plastik tullantılar ilə çirklənməsi barədə ictimai rəy yaradıb. Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib.

"Qərara görə, yanvarın 1-dən plastik torbalar bütün mağazalardan yığışdırılmalı idi. Ancaq görünən odur ki, plastik torbalar yığışdırılmayıb", - deyən E.Hüseynov bildirib ki, birlik 500-ə yaxın bez torbalar istehsal edərək istehlakçılara paylayıb.

Onun sözlərinə görə, MDB məkanında tətbiq edilən təcrübə Azərbaycanda da tətbiq edilməlidir: "Yəni plastik torbalar marketlərdə satılsın. Əgər istehsal olunursa, rəngsiz olsun, hökumətin qeyd etdiyi kimi onun qalınlığı 15 mikrondan qalın olmasın. Birmənalı şəkildə pulla satılsın ki, əhali ev torbalarına keçsin".

Mütəxəssisin fikrincə, bu gün ən yaxşı vasitə ölkənin cənub bölgəsində hazırlanan həsir zənbillərdir. Dövlət Gömrük Komitəsi plastik məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

14
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

10
(Yenilənib 15:09 19.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 55,37 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,25 dollar artaraq 55 dollar, “Light” markalı neftin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 52,18 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
qiymət, neft
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0