SOCAR-la "Azəriqaz"ın əlaqələrini başqa bir şirkət quracaq

73
Bu Qərarda nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.

BAKI, 28 dekabr - Sputnik. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərar  imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (“Azərkontrakt” ASC) həvalə edilib. 

Qərarda qeyd edilir ki, həmin məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR):

- SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etsin;

- SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən 2 qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

 - SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

- dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və “Azərkontrakt” ASC arasında müvafiq müqavilələrin bağlanılmasını təmin etsin;

- ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu qərarla müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasını təmin etsin.

Müəyyən edilib ki, bu Qərarda nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.

SOCAR və “Azərkontrakt” ASC-yə tapşırılıb ki, bu Qərarla müəyyən olunmuş müqavilə münasibətlərinin 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunmasını və bu Qərardan irəli gələn digər məsələlərin həll edilməsini təmin etsin. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə bu Qərarın nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.  İqtisadiyyat Nazirliyi “Azərkontrakt” ASC-nin təsis sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması və bu Qərardan irəli gələn vəzifələrin təsis sənədlərində müvafiq qaydada əks etdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirməlidir. Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Azərkontrakt” Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 17 dekabr 1996-cı il tarixli 519 saylı Fərmanına, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin müəssisə və obyektləri haqqında” 24 iyun 1997-ci il tarixli 588 saylı Sərəncamına və Nazirlər Kabinetinin 5 saylı 1997-ci il tarixli 131 S saylı Sərəncamına müvafiq olaraq yaradılıb. Cəmiyyət Material Ehtiyatları Nazirliyinin əsasında yaradılıb, onun hüquqi varisidir.

73
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

10
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

10
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

12
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

12
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

15
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

15
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət