Bankomatdan pul çıxarır

"Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq”

11
E.Rüstəmov: "Azərbaycan böyük qələbə qazandı və Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq"

BAKI, 24 dekabr — Sputnik. “Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan böyük qələbə qazandı və Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq, Azərbaycan daha da güclənəcək, beynəlxalq nüfuzumuz daha da artacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclası keçirilir. İclasda "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" və digər məsələlərə baxılacaq.

11
Vergi Məcəlləsi, arxiv şəkli

Vergi Xidmətinin büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

11
(Yenilənib 14:17 18.01.2021)
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".

11

Professor: “Artıq ölkədə bölgədə yeni proseslərin şahidi olacağıq”

18
(Yenilənib 09:39 18.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son razılaşma ötən yüz ilin ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir
Elşad Məmmədov: “Bu, regional inkişafın dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq”

“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:

“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən  əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

0
(Yenilənib 18:03 18.01.2021)
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.

0